Siyasi partiyaları qadınların ehtiyacları ilə tanış etdilər

gorus

Bu gün, 29 sentyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Jurnalistlər şəbəkəsi gender bərabərliyi üçün” təşkilatının təşkilatçılığı ilə “Qadının Səsi Seçkilərdə” layihəsinin təqdimat keçirildi. Tədbirdə Marneulidə fəaliyyət göstərən siyasi partiyaların nümayədələri, Hökumət və qeyri hökumət nümayəndələri, sakinlər, gənclər, media nümayəndələri və digər dəvətlilər iştirak edirdilər.

Görüşdə 2017-ci ilin 21 oktyabrında keçirləcək seçkilərdə qadınların fəallığı və Marneuli şəhərində və onun kəndlərində olan problemlərin həlli yolları müzakirə olundu. Layihə haqqında layihənin Kvemo Kartli üzrə fasilitatoru Samirə Bayramova məlumat verdi.

Layihə çərçivəsində Marneuli, Bolnisi, Dmanisi və Qardabani və onun kəndlərində görüşlər keçirilmişdir və problemləri dinlənmişdir.

Görüşdə iştirak edən sakinlər bildirdilər ki, bu cür görüşlərin keçirilməsi çox vacibdir.

Görüşün sonunda kəndlərə olan su, yol, küçə işıqlandırılması və digər problemlər müzakirə olundu.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register