Marneulidə gürcü şərabı həftəliyi başladı

ღვინის კვირეული მარნეულში

Bu gün, səhər saatlarından Marneulidə Mədəniyyət Evinin ətraf ərazisindən keçsəniz asan şəkildə payızın xüsusi ətrini və rəngarəngliyini görərdiniz. Bu gün yerli özünüidarəetmənin və Kənd Təsərrüfatı nazirliyinin dəstəyi ilə “Marneuli – üzüm tənəyinin beşiyi” adlı, şərab həftəsi rəsmi olaraq açıq elan olundu. Tədbirin başlanğıcında yerli özünüidarəetmənin icra başçısı vəzifəsini yerinə yetirən Zaur Tabadatze çıxış etdi.

“Mənim əzizlərim, bu həqiqətən də bayram günüdür. Çünki ilk şərab mərəni Marneulidə olub. Bu gün şərabın mənbəyində dünya şərab festivalı keçirilir. Qoridən başlamış Şulaveriyə qədər yoxlayışlar var və dünya etiraf edib ki, bu kiçik gürcü torpağında, Marneulidə şərab aşkarlanıb”.

Tədbri zamanı bayram olaraq üzüm çəkildi, suçuqlar hazırlandı. Müxtəlif ansambllar xoş, gürcü mahnıları ifa etdilər.

Şərab festivalında yerli özünüidarəetmənin rəhbər şəxsləri və eləcə də yerli sakinlər, digər dəvət olunmuş qonaqlar iştirak edirdilər. Yerli əhali öz təssüratlarını bizimlə bölüşdülər.

“Hansı növdur, hansı mədəniyyətə aiddir, bunları nəzərdən keçirirəm. Tez-tez keçirilsə yaxşı olar. Bəzədilmə forması çox xoşuma gəldi”.

“Bizim mədəniyyətimiz və ənənəmiz təqdim olunub. Dünya etiraf edib ki, biz şərab ölkəsiyik. Çox yaxşı şərablar sərgilənib.özünüz dadına baxın”.

Tədbir çərçivəsində gürcü şərabının, balın, pendir və digər kənd-təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunmuşdur. Saimerlo kəndində yaşayan Vasil Şubitidzenin hazırladığı şərabın rəngarəng növləri təqdim olunmuşdu.

“Bu gün üç növ şərab təqdim olundu. Ənənəvi gürcü qaydası ilə bu şərabları hazırlayırıq. Şərabı hazırlayıb satıram”.

Gürcü şərabı həftəliyi, Kənd Təsərrüfatı nazirliyinin və Milli Şərab Agentliyinin təşkilatçılığı ilə, bu il artıq dördüncü dəfə qeyd olunur və gürcü şərabının populyarlaşdırılması ilə bağlı müxtəlif tədbirlərdən ibarətdir. Tədbir Marneulidən sonra müxtəlif regionlarda da keçiriləcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register