Zviad Şubitidze – “Seçildiyim halda yerli kadrlara üstünlük verəcəm”
![13710640_992733494177909_2827275499262542013_o[1]](https://old.marneulifm.ge/wp-content/uploads/13710640_992733494177909_2827275499262542013_o1.jpg)
Bu gün, 29 sentyabr tarixində seçki media mərkəzi layihəsi çərçivəsində, Marneuli Mülki Məşğulluq Mərkəzində, Marneulinin merliyinə namizəd olan şəxslər əhaliyə seçki proqramlarını təqdim etdilər. “Davit tarxan-Mouravi, İrma İnaşvili – Gürcüstanın Vətənpərvərlər Alyansı” partiyasının merliyə namizədi Zviad Şubitidze Marneulinin əsas problemlərindən danışdı və ictimaiyyətə öz proqramını təqdim etdi.
Zviad Şubitidzenin əsas mesajlarını və vədlərini sizə təqdim edirik:
“Seçildiyim halda üstünlüyü yerli kadrlara verəcəm”
“Gürcü torpaqlarının xaricilərə satılması qadağan olunmalıdır”
“Bank borclarını 8 faizlə azaldacağıq”
“Ədaləti bərpa edəcəyik”.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments