Liana Mestvirişvili – Bejanişvili – “azərbaycanlı əhaliyə gürcü dili öyrədəcəyik”
Bu gün, 29 sentyabr tarixində seçki media mərkəzi layihəsi çərçivəsində, Marneuli Mülki Məşğulluq Mərkəzində, Marneulinin merliyinə namizəd olan şəxslər əhaliyə seçki proqramlarını təqdim etdilər. “Gürcüstan”ın merliyə namizədi Liana Mestvişivili-Bejanişvili Marneulinin əsas problemlərindən və öz planlarından danışdı.
Liana Mestvirişvili-Brjanişvilinin əsas mesaj və vədlərino sizə təqdim edirik:
“Qalib gəldiyim halda kiçik və orta biznesi inkişaf etdirəcəm”.
“Azərbaycanlı əhaliyə gürcü dili öyrədəcəyik. Gürcü dilini tez müddətdə öyrənə biləcəkləri dərsliklər təqdim edəcəyik”.
“Məktəblərdə müxtəlif mövzularda debatlar və müzakirələr aparılmalıdır. Eləcə də mini stadionlar qurulacaq “.
Müasir, Avropa standartlarına uyğun xəstəxana açmağı planlaşdırırıq”.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments