Yerli özünüidarə seçkiləri üçün 3 növ bülleten çap olunacaq
21 oktyabr, yerli özünüidarə seçkiləri üçün 3 növ bülleten çap olunacaq. Mərkəzi Seçki Komissiyasının sədr müavini Qiorqi Şarabidzenin İnterpresnyusa verdiyi məlumata görə, ümumilikdə 11 milyona qədər bülletenin çap olunması planlaşdırılır.
“Seçicilər eyni anda 3 növ bülleten alacaqlar. Bunlar proporsional siyahı üçün, majoritar birmandatlı dairə üçün və həmçinin mer vəzifəsinə namizədlər üçün bülletenlər olacaq” – MSK sədrinin müavini bildirib.
Qiorqi Şarabidzenin dediyinə görə, bülletenlər, 10 qədər mətbəədə çap olunacaq.
“Sadə bir əsasa görə, hələlik bülletenlərin çap olunmasına başlaya bilmirik, çünki seçkilərə 12 gün qalmış müddətə qədər namizədlərin öz namizədliklərini geri götürmək hüququ var, bu halda onların adları və soyadları bülletenlərdə olmamalıdır. Bu müddətdə başa çatdıqdan sonra müvafiq bülletenlərin çərçivə forması hazırlanacaq və bu formalar çapa göndəriləcək”.
Gürcüstanda seçki yaşına çatmış 3 milyon 400 min nəfərdən çox seçici var, 21 oktyabr tarixində bələdiyyə məclislərindən başqa 64 mer vəzifəsinə də seçkilər keçiriləcək.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments