2 700 larilik tender küçə itlərinin taleyini həll edəcək

quchis dzaglebi

Yerli bələdiyyə, 12700 lari dəyərində itlər üçün sığınacaq xidməti adlı 2 həftəlik tender elan edib ki, bu da Marneuli bələdiyyəsində nəzarətsiz qalmış 127 itin sığınacağa köçürülməsi (ehtiyac olarsa eftanaziya və basdırılma) xidmətini nəzərdə tutur. Marneuli bələdiyyəsinin alışlar şöbəsinin rəhbəri Zanda Kvançiani deyir ki, onların xidməti tərəfindən bazarda keçirilmiş müşahidələrin nəticəsində məhz 127 it üçün tender məbləği ayrılıb ki, bu da itlərin sterilləşdirilməsi, peyvənd olunması, identifikasiyası və digər mühüm məsələləri nəzərdə tutur.

Marneulidə tez tez xüsusən də gecə saatlarında küçə itlərini zibil qutularını eşələyərkən görmək olur. Bir neçə dəfə insanları dişləməsi halı qeydə alınıb ki, bunlar da yerli əhali təsdiqləyir.

Gürcüstan Heyvanların Qorunması Federasiyasının nümayəndəsi Temur Laçkepianinin dediyinə görə, Marneuli bələdiyyəsində təxminən bir ay əvvəl də itlər üçün sığınacaq məqsədilə tender elan olunmuşdu ki, burada da Soso Berulaşvili qalib gəldi. O yalnıəz Marneuli deyil bir neçə digər rayonlarla da müqavilə bağlamışdı və onun şirkəti monitorinqin həyata keçirilməsini qadağan etmişdi və qanun pozuntuları ilə işləyirdi.

Doğrudur, Berulaşvilinin firması qalib gəldi, amma qeyri-hökumət təşkilatı Gürcüstanın Heyvanların Mühafizəsi Federasiyası onlara çalışmaq hüququ vermədi. Temur Laçkepianinin sözlərinə görə tenderdə narkoz vasitələrindən istifadə etmək hüququ olmayan kompaniya qalib gəlib və onlar heyvanların hüquqlarını pozurmuşlar. Bələdiyyə məcbur olub ki, yenidən tendet elan etsin. Müqavilə şərtlərinə tender işlərinin düzgün aparılması üçün vacib olan detalları əlavə ediblər.

Yeni tender sentyabrın 29-da başa çatıb. Tender təklifini isə yalnız bir nəfər fərdi istehsalçı, Qiorqi Mağlaperidze daxil edib. Temur Laçkepianinin sözlərinə görə Mağlaperidzenin firmasında da keçmişdə pozuntular qeydə alınıbmış. Ancaq o, bildirib ki, qalib gəldiyi təqdirdə onların çalışmasını Gürcüstan Heyvanların Mühafizəsinin Monitorinq Xidməti kəskin şəkildə yoxlayacaq.

 

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register