“Gürcü Arzusu”nun majoritar namizədindən seçiciləri satın almaq cəhdi

-amomrchivlis mosyidva

Sosial mediada paylaşılan məlumata görə “Gürcü Arzusu” partiyasının Qızılhacılı kəndindən majoritar namizədi olan Ceyhun Çovdarov kəndin Nazim Hikmət, Nizami və Bakı küçələrinin məhəllə yollarını öz şəxsi hesabına çınqıl tökdürərək təmir etdiribmiş. Bununla yanaşı karxana ərazisi yaxınlığında yerləşən məktəbin idman meydançasının gecə işıqlandırılması üçün işıq quraşdırmışdır.

22089586_1672811532764307_3663916669442567411_n

Postda qeyd olunan xəbərə görə idman meydançasında gecə işıqlandırılması neçə illərdi mövcud olsa da Ceyhun Çovdarov bu məsələni 27 sentyabrda həll edib. Meydançaya iki ədəd işıq quraşdırılıb.

22154686_1672811602764300_3295921740726415329_n

“Gənc Hüquqşunaslaar Asosiyasiyası”nın Rustavi ofisinin nümayəndəsi Eka Pavlenişvilinin dediyinə görə, bu seçicilərin satın alınması deməkdir.

“Seçki məcəlləsinin 47-ci maddəsinə əsasən fiziki və hüquqi şəxs tərəfindən yaxud seçki subyektivi tərəfindən öz şəxsi xərcləri ilə bu kimi işlərin görülməsi, seçicini satın almaq hesab olunur. Qeyd olunan maddəyə əsasən bu kimi işlərin görülməsi Gürcüstan hakimiyyətinin yaxud yerli özünüidarəetmə orqanlarının səlahiyyətindədir”.

 

Biz Çovdarovla əlaqə saxladıq, o əvvəlcə bərbərdə olduğunu bildirdi və dedi ki, az sonra sizinlə əlaqə saxlayacam. Amma sonra biz onunla əlaqə saxlasaqda bizim telefon zənglərimizə cavab vermədi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register