“Vətəndaş büdcəsi” üçün 109 ərizə daxil olub

samoqalaqo biujeti

Marneuli sakinlərinin üç ildir ki, yerli özünüidarənin büdcəsini planlaşdırmaq imkanları var. Yerli sakinlər öz tələblərini layihə şəklində yazırlar və kəndin ehtiyaclarını bu formada qarşılamağa çalışırlar. Əhali “Vətəndaş büdcəsi” çərçivəsində 2018-ci il büdcəsindən də maliyyə alacaq.

İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsinin rəhbəri Mariam Xaçidze bildirdi ki, gələn ilin büdcəsinin planlaşdırılması üçün yerli sakinlər tərəfindən 109 ərizə daxil olub.

2018-ci ilin Vətəndaş Büdcəsinin planlaşdırılması və 2019, 2020 və 2021-ci illərin prioritetlərin müəyyən olunması məqsədilə ərizələrin qəbul olunmasına 2017-ci il sentyabrın 15-də yekun vurulub. Gələn ilin Vətəndaş Büdcəsi üçün konkret məbləğ ayırılmayıb, əvvəlki illərdə isə bu məəbləğ 1 milyon 500 min lari həcmində müəyyən olunmuşdu.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register