“Gürcü arzusu” siyahısının onluğunun tərcümeyi-halları

ocneba-kartuli

   Yerli seçkilərə 18 gün qalıb. “Gürcü Arzusu”nun proporsial siyahısının ilk onluğu artıq bizə məlumdur. Biz çalışacağıq ki, onları sizə tanıdaq.

1. Amiran Qiorqadze – “Gürcü Arzusu”nun proporsial siyahısında birinci nömrədir. 1985-ci ildə Saimerlo kəndinin ictimai məktəbini bitirib. 1985-1992-ci illərdə Gürcüstan Texniki Universitetində mühəndis-mexanik fakultəsində təhsil alıb. 1992- 2005- illərdə Marneulinin Regional Polisində müxtəlif vəzifələrdə çalışıb. 2005-2012-ci ilə qədər özəl biznesdə xidmət göstərib. 2012-ci ildə “Gürcü Arzusu”nun sırasına qoşulub. 2014-cü ildə “Gürcü Arzusu”nun sədri olub. 2014-2017-ci ildən Marneuli Bələdiyyəsinin Sakrebulo üzvü və fraksiya sədri olub. Həyat yoldaşı və bir övladı var.

2. Besik Gelenidze – “Gürcü Arzusu”nun proporsial siyahıda ikinci nömrəsidir. 1976-cı ildə Xoni kəndində anadan olub. İxtisasca iqtisadçı-hüquqşünasdır, 2000-ci ildə Gürcüstan Aqrar Universitetini bitirib. 1998-2006-cı ildə Marneuli Sakrebulosunun katibi olub. 2014-2015-ci illərdə Gürcüstan Milli Statistika Xidmətində Marneulinin Munisipal Nəzarətçisi olaraq çalışıb. Həyat yoldaşı və bir övladı var.

3. Mamuka Naveriani – “Gürcü Arzusu”nun proporsial siyahısının üçüncü nömrəsidir. Burada siz onun haqqında məlumat oxuyası və interviu dinləməli idiniz ancaq o bütün gün ərzində bizim zənglərimizə cavab vermədi.

4. Marneulinin “Gürcü Arzusu” qərargahı tərəfindən təqdim olunan rəsmi siyahıya əsasən, proporsial siyahının dördüncü nömrəsi Nikoloz Qoqocuriadır. Ancaq o, bizimlə söhbət zamanı “Gürcü Arzusu” ilə hər hansı əlaqəsinin olmasını inkar etdi. Qoqocurianın sözlərinə görə, o, “Konservatorlar” partiyasının üzvüdür və adının niyə bu siyahıda olduğunu bilmir.

5. Nodar Mtvarelidze – “Gürcü Arzusu”nun proporsial siyahısında beşinci nömrədir. İxtisasca hüquqşünasdır. (Burada snx olacaq) Bu günə qədər tənbəki biznesinə qoşulub və Marneulidə restoranı var. Həyat yoldaşı və iki övladı var.

6. Zurab Panqani – “Gürcü Arzusu”nun proprosial siyahısında altıncı nömrədir. Mestiada anadan olub və on yaşından Marneuli bələdiyyəsində yaşayır. İxtisasca iqtisadçıdır, özəl tədris müəssisəsini bitirib. 2017-ci ilə qədər siyasətdə olmayıb və özəl bizneslə məşğul imiş.

7. Qivi Qiorqadze – “Gürcü Arzusu”nun proprsial siyahısında yeddinci nömrədir. 1983-cü ildə Kənd Təsərrüfatı İnstitutunu, ixtisasca Aqronomluq bitirib. Həyat yoldaşı və iki övladı var.

8. Davit Xutsişvili – “Gürcü Arzusu”nun proporsial siyahısında səkkizinci nömrədir.1988-ci ildə Tamarisi kəndində anadan olub. 2005-ci ildə ictimai məktəbdə təhsilini bitirib. 2006-2008-ci illərdə Marneuli Stomotoloji kollecində təhsil alıb. Sonrakı illərdə Gürcüstan Texniki Universitetində, Dəmiryolu mühəndisliyi fakultəsində təhsil alıb və Marabda-Axalkalak-Qars dəmiryolu bölməsində çalışıb. 2014-cü ildən bu günə qədər “Gürcüstan Liberti Bank”da çalışır. Həyat yoldaşı və bir övladı var.

9. Nikoloz Mumladze – “Gürcü Arzusu”nun proprsial siyahıda doqquzuncu nömrədir. 1985-ci ildə “Bədən Tərbiyəsi üzrə Dövlər İnstitutunu” bitirib, Moskva Ali Polis Akademiyasında qiyabi təhsil alırmış. 2001-ci ildə hüquq istiqamətində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirib. Ağır atletika üzrə idmançı və bir neçə qat çempiondur. O, illər ərzində hərbi müəssisələrdə, Gürcüstanın Daxili İşlər Nazirliyində çalışıb. 1992-1995-ci illərdə Marneuli Bələdiyyəsinin icra başçısı olub. Nikoloz Mumladzeni siyasi baxışına görə 2012-ci ildə həbs ediblər və onun azad olunması “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən bir neçə gün sonra baş verib. 2013-2014-cü illərdə Marneulinin icra başçısı, Merab Topçişvilinin müavini olub. Həyat yoldaşı və bir övladı var.

10. Tornike Qoqlidze – “Gürcü Arzusu”nun proporsial siyahısında onuncu nömrədir. 1990-cı ildə anadan olub. Asureti kəndində ictimai məktəbi bitirib və 2009-cu ildə Gürcüstan Texniki Universitetinə qəbul olub. İxtisasca maliyyəçidir. Həyat yoldaşı var.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register