Marneulinin palçıqlı bazarı
Marneulidə artıq bir neçə gündür ki, yağış yağır. Marneulinin topdan satış bazarının ərazisində yolun dəlikləri yağış suyu ilə dolub. İntensiv şəkildə maşınlar və yük maşınları hərəkət edirlər. Bazara gedən yol və bazar ərazisi palçıqlı şəkildədir.
Bizim jurnalistimiz Amil Məmmədov bazar ərazisində olub. Orada yol probleminin həll edilməsinin kimin öhdəliyində olduğunu aydınlaşdırmağa çalışıb. Çalışanlardan müsabibə almaq münkün olmayıb. Çünki onlar bazardan atılmaqdan çəkinirlər. Bazar qoruması jurnalisti görən kimi oradan uzaqlaşıb. Bu çətinliklərə baxmayaraq biz bir neçə nəfərdən müsahibə ala bildik. Həmin insanlar isə komfortsuz mühitdə çalışmaqdan əziyyət çəkirlər.
Biz Marneulinin topdan satış bazarının direktoru Elquca Xarşiladze ilə əlaqə saxladıq. O, bazar yolunun reabilitasiyasının onun səlahiyyətində olduğunu, ancaq çalışanların buna imkan vermədiyini deyir.
“Mən onlar üçün çox gözəl bazar tikdim. Ora getsinlər və işləsinlər. Ora çox təmizdir. Onlar isə çirkli yerdə işləməyi seçirlər. Bazarda işləyən əhali içəri girmirlər ki, mən o ərazini düzəltdirim. Mən nə edim. Planlaşdırıram ki, təmir etdirim. Ona görə ki, xalq qapalı bazara getməlidir. Onlar orada durmaqla mənə mane olurlar”.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments