Sereteli kəndində ritual evi açıldı
Marneuli bələdiyyəsinin Sereteli kəndində yerləşən ritual zalının imkanlarından artıq əhali istifadə edə bilər. “Təmiz Marneuli” xidmətinin direktoru Leri Mumladzenin dediyinə görə təxminən iki üç aydır ki, zal təhvil verilib və bir neçə gün öncə 120 nəfərlik süfrə açıblar. O eləcə də zalın lazımlı əşyalarlatəmin olunduğunu qeyd edir.
“Hər şey hazırdır. Qaz quraşdırlıb. Su, stol, stullar və qab-qacaq var. Hər kimsə bu xidmətin istifadəçisi olmaq istəyirsə bizə 2-3 ay öncədən müraciət etsin. Heç bir problem olmayacaq. Onların bizə müraciətindən sonra onun hər şeyini hesablayacağıq . Sonradan o xidmət göstərə biləcək”.
Marneuli bələdiyyəsinin Sereteli kəndində olan ritual evinin rekonstruksiyası 2014-cü ildə başlayıb. Bunun üçün isə 247 319 lari dəyərində məbləğ xərclənib. Buradan 206 474 lari yerli büdcədən, 40 845 lari isə kəndlərə dəstək proqramından ayırıldı.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments