“Bu administrativ resursdan istifadədir, amma Marneulinin kəndlərində qadınların iştirak etməsi başqa formada qeyri-realdır” – Olqa Endeladze

abazov-1

4 Oktyabr tarixində, Sadaxlı kəndinin mədəniyyət evində “Gürcü Arzusu” partiyasının merliyə namizədi Teymuraz Abazov partiyanın digər nümayəndələri ilə birgə seçicilərlər görüşdülər. Onlar iştirakçılara öz partiyalarının proqramını təqdim etdilər. İştirakçılar arasında məktəb müəllimləri, yuxarı sinif şagirdləri var idi. Eləcə də Sadaxlı kənd məktəblərindən birinin direktoru da görüşdə iştirak edirdi və çıxışı zamanı əhalini fəal olaraq seçkilərə qoşulmağa və “Gürcü Arzusu” partiyasına səs verməyə çağırıb. Teymuraz Abazov ümid edir ki, onu mütləq dəstəkləyəcəklər. 

23647152248_8b46317a30

Tədbirdə Parlamentin majoritar deputatları: Ruslan Hacıyev, Tamaz Naveriani, baş tutmayan merliyə namizəd, amma siyahıda bir nömrə Amiran Qiorqadze, Kvemo-Kartli qubernatorunun müavini Zaur Darğallı iştirak edirdi.

Sadaxlı mədəniyyət evində çox əhali var idi. “Demokrat Qadınlar Cəmiyyəti”nin sədri və seçki qabağı namizədlərin proqramlarının gender üzrə monitorinq rəhbəri Olqa Endeladze deyir ki, görüşdə 90-dan çox qadın iştirak edirmiş. Həmçinin, həmin vaxt məktəbdə olmaları lazım olan məktəb müəllimləri və yuxarı sinif şagirdləri də görüşdə iştirak edirlərmiş.

“Əlbəttə, bu administrativ resursdan istifadədir. Amma Marneulinin kəndlərində qadınların iştirak etməsi başqa formada qeyri-realdır” – deyir Endeladze.

“Demokrat Qadınlar Cəmiyyəti”nin sədrinin dediyinə görə, əlbəttə, qeyd olunmalıdır ki, gender yanaşması var idi, qadınları birinci sırada yerləşdirmişdilər, ancaq bu görüşdə qadın seçicilər üçün və ümumiyyətlə qadınların ehtiyacları haqqında seçki qabağı  vədlərdə aksent edilməmişdi.

Hər çıxış edəndən sonra möhkəm alqışlar eşidilirdi. Sadaxlının mədəniyyət evində partiyanın toplanması müğənillərdən birinin, Anar Əskərovun çıxışı ilə başa çatdı.

Marneuli Radiosu

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register