İmdad Şərifov “Birləşmiş Yeni – Gürcüstan” partiyasının mer vəzifəsinə namizədi oldu

vashadze

Seçki bloqu “Qiorqi Vaşadze – Birləşmiş Yeni – Gürcüstan” Marneulidə merliyə namizədini seçkilərə 16 gün qalmış elan etdi. İmdad Şərifovun təqdimatı Ata Holdinqin ətraf ərazisində baş tutdu.

Təqdimatda 50 nəfərə yaxın iştirakçı var idi.

Marneuli üçün pis havalarda elektrik enerjisinin söndürülməsi təəcüblü deyil. Təqdimata qədər sönmüş elektrik enerjisini Qiorqi Vaşadze onlara qarşı diversiya olaraq qiymətləndirdi. İştirakçılara rus dilində müraciət etdi.

İmdad Şərifov Marneuli sakinidir. O, Qiorqi Vaşadzenin sözlərinə dəstək olaraq bildirdi ki, seçildiyi təqdirdə bütün problemləri həll edəcək.

Doğrudur, bizim jurnalistin mövcud problemləri necə həll edəcəyinə dair sualına cavab verməsə də, iştirakçılardan biri bildirib ki, Şərifov bu vəzifə üçün əvəzolunmaz şəxsdir.

İmdad Şərifov 30 yaşındadır. Marneulinin üç saylı ictimai məktəbini bitirib.

O, Gürcüstanın gömrük akademiyasının məzunudur. 2006-2007-cı illərdə Marneuli bələdiyyəsində Zaza Dekanoidzenin icra başçılığı dövründə onun müavino olaraq, 2007-2010-cu illərdə isə quberniya administrasiyasında  çalışırmış.

2009-2011-ci illərdə Daxili İşlər Nazirliyinin Kvemo Kartli idarəçiliyində çalışıb. Vaşadzenin partiyasına isə özəl biznesdən gedib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register