Marneulidən olan 70 yaşlı müəllimin tarixi

70 wlis masw

Həqiqət Musayeva 45 ildir ki, müəllimdir. Hər səhər eyni yollarla evdən məktəbə gedir. 70 yaşlı pedaqoq Marneuli şəhərinin 3 saylı ictimai məktəbinin kimiya müəlliməsidir. Onu bu məktəb ilə iki emosianal əlaqə birləşdirir. O bu məktəbdə müəllim işləməklə bərabər eyni zamanda həmin mətəbdə təhsil alıb və oranıda bitirib. Yaşı ona mane olmur. Çünki onun böyük həvəsi var  ilk günü işə başladəğı  kimi. Ancaq onu da bilir ki, onu həyatının bu hissəsi bitə bilər.

“ Məsələn mən təklif etmişəm. 11-ci A sinifində oxuyan bir şagird var. Onun kimyaya həvəsi var. Deyirəm qızım mən səndən çox xahiş edirəm ki, mən artıq qocalmışam. 45 ildir ki, işləyirəm. Birdə gördün dövlətin bir nəsə da əmri çıxdı ki, qocaman müəllimləri işdən çıxardılar”.

Həqiqət Musayeva keçmişi xatırlayır. Deyir ki, illər ərzində o həmin məktəbdə çox saylı maraqlı şagirdlər gördü və onlar arasında karyera həyatını quranlarda oldu.

“Bir neçə il bundan əvvəl vallah tarixi dəqiq deyə bilmərəm sovetlər zamanında müəllimlər günündə məni şərəf ordeni ilə təltif ediblər”.

O hazırdır ki, çox uşaqlara kimyanı örgətsin. Onlara həmin fəni sevdirsin və bu gün münasibəti ilə də hər bir müəllimi təbrik edir.

“Demək olar ki, müəllim kolektivini , məktəbmizin müəllimlərinii, başda direktormuz və müavini olmaq şərti ilə Gürcüstanda yaşıyan bütün məktəblərdə dərs deyən müəllimləri təbrik edirəm”.

5 oktyabrı dünyanın 100 ölkəsində Beynəlxalq Müəllimlər günü kimi qeyd edirlər. Bu gün 1994-cü ilin  5 oktyabr tarixindən qeyd olunur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register