Kaladze ilə görüş zamanı müsəlmanları narahat edən hansı problemlərdən söhbət açılıb

kalade

Gürcüstanda fəaliyyət göstərən dini birlik nümayəndələri “Gürcü Arzusu”nun merliyə namizədi olan Kaxa Kaladze və parlament çoxluğunun lideri Arçil Talakvadze ilə onları narahat edən problemlər haqqında danışıblar.

Görüşün təşkilatçısı, qeyri-hökumət təşkilatı “Tolerantlıq və Rəngarənglik İnstitutu”nun direktoru Eka Citanavanın bildirdiyinə görə, görüşdə yerli özünüidarəetmə səviyyəsində həlli mümkün olan məsələlər haqqında danışıblar.

Citanavanın bildirdiyinə görə, bağlı görüşdə eləcə də dini təşkilatların munisipal maliyyələşdirilməsi, mədəni tikintilərin tikilişi zamanı sünii maneələrin yaranması, mübahisəli və zərər dəymiş mədəni tikililərə qulluq kimi mövzulardan söhbət açılıb.

Gürcüstan Müsəlmanları Birliyinin sədri Tariel Nakaidzenin sözlərinə görə, o, görüşdə müsəlmanlara məscid tikmək hüququnun verilməməsindən söhbət açıb və Batuminin misalını vurğulayıb.

Ümum Gürcüstan Müsəlmanlarının Ali Ruhaniləe İdarəsinin şeyxi Seyid Mirtəqi Əsədov deyir ki, müsəlmanlar məscid tikə bilmirlər, çünki yerli özünüidarəetmə buna imkan vermir.

Əsədovun dediyinə görə, onlar yaşayış evi və ya mədəniyyət evi statusu ilə məscid tikirlər, buna görə onlara icazə vermirlər ki, tikiliyə, ənənəyə uyğun olaraq kümbəz  qoysunlar.

Əsədov qeyd edir ki, ikinci problem dövlət tərəfindən dəstəklənən Ümum Gürcüstanın Müsəlmanlar İdarəsinin özünü Gürcüstanda yaşayan müsəlmanların nümayəndəsi olaraq göstərməsi  cəhdidir.

Əsədovun sözlərinə görə, buna baxmayaraq ki, Gürcüstanda bir neçə müsəlman birliyi fəaliyyət göstərir, dövlət 150 məscidi yalnız Ümum Gürcüstanın Müsəlmanlar İdarəsinə verib. Bu isə müsəlman icmasında qarşıdurmaya səbəb olur.

Verilən məscidlər arasında Marneuli məscidi də var. Məscid on səkkizinci əsrdən Marneulidə durur. Bu məsələ ilə bağlı İdarə ilə məscidin yerli qəyyumları arasında məhkəmə prosesi gedir.

Şeyx Əsədov eyni zamanda yerli bələdiyyə büdcəsinin faktiki olaraq müsəlman icmasının ehtiyacları üçün xərclənmədiyini də qeyd edib. O, qeyd edib ki, baxmayaraq ki, Marneuli bələdiyyəsində əhalinin 85%-ni müsəlmanlar təşkil edir, siyasətçilər ruhani şəxslərdən seçki prosesində alət olaraq istifadə edirlər.

Seyid Mirtəqi Əsədov gözləyir ki, dini birliklər arasında bərabərlik qorunacaq.

“Belə görüşlərin təşkil olunmasının böyük əhəmiyyəti var. Əsasən siyasətçilərin məlumatı yoxdur, onlara səhv məlumat gedir və müvafiq olaraq reallıqdan uzaqdırlar”, – deyir Seyid Mirtəqi Əsədov.

Tbilisinin merliyə namizədi Kaxa Kaladze bildirib ki, o, dini bilriklərin fikri ilə tanış olub, özu isə onlara həyata keçirmək istədiyi planı təqdim edib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register