Roma, Barselona, Paris, Praqa – Kutaisidən yeni uçuşlar

frenebi

Uçuş kompaniyası “Wizzair” 2018-ci ilin may ayından dörd yeni istiqamətdə uçuşlar təşkil edəcək. Roma, Paris, Barselona və Praqaya uçuşlar Kutaisi aeroportundan həyata keçiriləcək. Bu haqda məlumatı hökumət administrasiyası yayımlayıb.

Administrasiyanın məlumatına görə, kompaniyanın kommersia üzrə direktoru Corc Mixalopulos bu gün Baş-Nazir Qiorqi Kvirikaşvili ilə görüşüb.

“Vizasız rejim qüvvəyə inəndən sonra Wizzair-in xidmətindən istifadə edənlərin sayı üç dəfə artıb. Bu gün direktorla görüşdük. Kompaniya qərar qəbul edib ki, Kutaisi bazasına bir təyyarə də əlavə etsin. Eləcə də kompaniya dörd istiqamətdə uçuşlar əlavə etməyə hazırlaşır”, – bildirib Qiorqi Kvirikaşvili.

İqtisadiyyat və Davamlı İnkişaf naziri Qiorqi Qaxarianın sözlərinə görə, Kutaisi aeroprotuna yeni terminal əlavə olunacaq.

“Kutaisi aeroprtunda yeni terminal olacaq. Həmin terminalın tikintisi artıq başlayıb. Kutaisi aeroportuna dəmir yolu da əlavə olunacaq. Bu səfər edənlərin Kutaisi istiqamətində rahat getməsini təmin edəcək”, – bildirir Qiorqi Qaxaria.

Administrasiyanın məlumatına görə, Wizzair Mərkəzi və Şərqi Avropanın aparıcı, kiçik büdcəli uçuş kompaniyasıdır. Kompaniya Kutaisi beynəlxalq aeroportundan ümumilikdə 16 istiqamətdə Avropanın 11 ölkəsinə səfərlər həyata keçirəcək.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register