“Kvemo Kartlidə seçicilər seçimlərini siyasi işarəylə edirlər” – Kote Kandelaki

secki

Marneulidə merlik uğrunda 8 namizəd mübarizə aparacaq. Hər partiya öz namizədini artıq xalqa təqdim edib. Biz maraqlandıq ki, Marneulidə hansı namizədləri tanıyırlar. Bunun üçün küçədə sorğu apardıq.

Marneulidə namizədlər əsasən kəndlərdə görüşlər keçirirlər. Eləcə də facebook canlı yayımları ilə əhaliyə özlərini tanıtmağa çalışırlar. Beynəlxalq Mülki Mədəniyyət Mərkəzinin sədri Kote Kandelakinin bildirdiyinə görə, seçki kampaniyası regionin spesifikasından dolayı planlaşdırılmalıdır.

“Sosial şəbəkələr çox az əlçatandır. Sosial şəbəkələrə daha çox gənclər qoşulub. Ümumi desək regionlardan daha az təqdim olunub. Hər regionun özünüə məxsus  xüsusiyyətləri var və belə desək öz seçki kampaniyaları var. Buna görə də hər şey öncədən planlaşdırılıb”.

Beynəlxalq Mülki Mədəniyyət Mərkəzinin sədri Kote Kandelakinin dediyinə görə, əsasən Kvemo Kartlidə seçicilər seçimlərini siyasi işarəylə edirlər və namizədin şəxsi göstəricilərinə diqqət yetirmirlər. Səbəblərdən biri olaraq idarəçi komandanın qərarını da qeyd etdi ki, Marneulidə namizədi dəyişdilər və onu heç kiç tanımırdı.

“Ümumi götürsək bu cür  xüsusiyyətlər bələdiyyələrdə çox ağrıdıcı problemdir. Çünki sakinlər birgə sıx yaşayan deyillər”.

Kote Kandelaki qeyd etdi ki, seçkilərə qədər iki həftə qalıb. Ona görə də namizədlərin yenə imkanları var ki, əhali ilə fəal əməkdaşlıq etsinlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register