“Avropalı Gürcüstan”ın proporsional siyahısındakı ilk onluğun tərcümeyi-halı

evropuli saqartvelo

Yerli özünüidarəetmə seçkiləri yaxınlaşır. Bununla bağlı Radio Marneuli “Avropalı Gürcüstan”ın proprsional siyahıda namizədlərinin kimlər olduğunu aydınlaşdırmağa çalışdı.

“Avropalı Gürcüstn”ın proprosional siyahı ilə, sakrebulo üzvlüyünün ilk 10 namizədinin qısa tərcümeyi halını sizə təqdim edirik.

1.  “Avropalı Gürcüstan”ın proprsional siyahı ilə birinci namizədi Əhməd İmamquliyevdir. O, 1980-ci ildə Türkmənistanda anadan olub. Orta təhsilini Marneulinin N2 saylı ictimai məktəbində alıb. Ali təhsilini Gürcüstan Texniki Universitetində, hüquq istiqamətində alıb. 2003-2004-cü illərdə Marneuli şəhərinin yerli özünüidarəetməsində, yerli vergilər üzrə ekspert olaraq çalışıb. 2004-2005-ci illərdə Pro Credit Bankda kredit eksperti olaraq çalışıb. 2005-2010-cu illərdə İmamquliyev özəl biznesdə çalışıb. 2010-2011-ci illərdə isə Marneuli Bələdiyyəsinin nəzarət xidmətinin əməkdaşı olub. 2011-2012-ci illərdə Privat Bankda “Qızıl Klub”un əməkdaşı olaraq çalışıb. 2012-ci ildən 2014-cü ilə qədər İmamquliyev özəl biznesə qayıdıb və özünün dediyinə görə, dostları ilə birgə xaricdə çalışıb. 2014-2016-cı illərdə isə o, “Vahid Milli Hərəkat”ın üzvü olub. 2017-ci ildən, Əhməd İmamquliyev “Avropalı Gürcüstan” partiyasının şurasının üzvü və rayon təşkilatının sədri olub. İmamquliyevin dediyinə görə, “Avropalı Gürcüstan”ın sırasına keçməyə partiya liderlərinə görə qərar verib.

2. “Avropalı Gürcüstan”ın proprsional siyahı ilə ikinci namizədi Azad Kərimovdur. 1989-cu ildə Marneulinin Bəylər kəndində anadan olub. Orta təhsilini o, Marneuli N8 saylı ictimai məktəbində alıb. 2007-ci ildə Türkiyədə Mustafa Qermirli İmam Hatib litseyini bitirib, 2012-ci ildə isə Beynəlxalq Qafqaz Universitetinin biznes və idarə fakultəsini bitirib. 2010-2014-cü illərdə “Sokarda” çalışıb. 2014-cü ildən 2016-cı ilə qədər “Vahid Milli Hərəkatın” Marneuli qərargahının rəhbəri olub. 2016-cı ildən sonra isə “Avropalı Gürcüstan”ın Marneuli ofisinin qərargaha rəhbəridir. Azad Kərimovun sözlərinə görə, sakrebulo üzvü olmağı əhalinin problemlərinin həlli üçün istəyir.

3. Proporsional siyahının 3-cü namizədi Adil Qurbanovdur. Qurbanov 1985-ci ildə Marneuli rayonunun Dəmyə-Görarxı kəndində anadan olub. Dəmyə-Görarxı ictimai məktəbini bitirib. Kənd təsərrüfatı ilə məşğuldur, özəl biznesi var. Adil Qurbanovun dediyinə görə, sakrebulo uzvü olacağı təqdirdə öz kəndinin problemlərini həll etməyə çalışacaq.

4. “Avropalı Gürcüstan”ın proprsional siyahıda dördüncü nömrəsi Anar Kələyevdir. 1980-ci ildə Marneulidə anadan olub. Gürcüstan Texniki Universitetinin, gömrük fakultəsini bitirib. 1988-ci ildən, 3 il ərzində satış xidmətində çalışıb. Bir il ərzində isə yanğın söndürən xidmətində növbətçi olaraq çalışıb. Anar Kələyevin sözlərinə görə, o, marağı olduğuna görə partiyanın üzvü olub.

5. Anar Zeynalov “Avroplaı Gürcüstan”ın proprsial siyahısında beş nömrə olaraq təqdim olunub. O, 1978-ci ildə, Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Marneulinin N4 saylı ictimai məktəbini bitirib. 1999-cu ildən 10 il ərzində bədən tərbiyəsi müəllimi olaraq çalışıb. İndi isə özəl biznesdədir. Zeynalovun sözlərinə görə, “Avropalı Gürcüstan”ın üzvlüyünə, siyasi liderlərə qarşı olan simpatiyasına görə qərar verib.

6. Farik Mursaqulov “Avropalı Gürcüstan”ın proprosional siyahısında altıncı nömrə. Marneulidə 1991-ci ildə anadan olub, orta təhsillidir, Marneuli altı saylı ictimai məktəbini bitirib. Ali təhsil almayıb, ancaq biznes sahəsində iş təcrübəsi var. Mursaqulov danışır ki, niyə karyerasını “Avropalı Gürcüstan”a bağlayıb və deputat olduğu halda nə edəcək.

7. Niko Qveladze “Avropalı Gürcüstan”ın proprsional sıyahısında yeddinci nömrədir. 1985-ci ildə Marneuli bələdiyyəsinin Saimerlo kəndində anadan olub. 2003-cü ildə orta məktəbi bitirib və ali təhsilini “Gürcüstanın Davit Ağmaşenebli adına Universitetində” beynəlxalq iqtisadiyyat istiqamətində davam etdirib. Magistr dərəcəsini “Ukrayna-Gürcüstan Universitetində” alıb. 2011-ci ildə Müdafiə Nazirliyinin Hərbi Polis kursu keçdikdən sonra Baş Müfəttiş olaraq Hərbi Polis Departamentində çalışıb. Qveladzenin bildirdiyinə görə, “Avropalı Gürcüstan”nın sırasına ona görə qatılıb ki, partiyanın işlə təmin etmə siyasətini bəyənir. O, sakrebuloda nə edəcəyi haqqında da danışdı.

“Avropalı Gürcüstan”ın proprsional siyahısında səkkizinci, doqquzuncu və onuncu nömrələri qadınlar tutur. Biz onların telefon nömrələrini partiyadan aldıq. Baxmayaraq ki, həmin nömrələr onların atalarının əlaqə nömrəsi imiş, məlum oldu ki, onlardan birinin əlaqə nömrəsi yoxdur.

8. Həmin qadın Mehbarə Süleymanovadır. O, siyahıda səkkizinci nömrədir. 1988-ci ildə Marneulinin Sadaxlı kəndində anadan olub. 2005-ci ildə Dəmyə-Görarxı ictimai məktəbini bitirib. Orta təcrübəsi belə yoxdur. Evdar xanımdır.

9. Qasımova Şəfiqə “Avropalı Gürcüstan”ın proprsional siyahısında doqquzuncu nömrədir. 1994-cü ildə anadan olub. Marneulinin altı saylı ictimai məktəbini bitirib və ali təhsilini maliyyə istiqamətində “Açıq Tədris Universitetində” alıb.

10. Kəmalə Darğallı “Avropalı Gürcüstan”ın siyahısında onuncu nömrədir. 1994-cü ildə anadan olub. Marneulinin iki saylı ictimai məktəbini bitirib və indi “Gürcüstan Texniki Universitetinin” biznes istiqamətində tələbədir. Bankda kredit offiseri vəzifəsində çalışır. “Avropalı Gürcüstan”ı niyə seçib konkret cavabı yoxdur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register