Marneuli küçələrində park etmə problemi hələ də öz həllini tapmayıb

avto1

Marneulidə avtomobillərin park edilməsi problemi illərdir ki, mövcuddur. Bələdiyyədə park etmə zonaları yoxdur. Buna görə də mərkəzi, Rustaveli küçəsində, maşınlar səkilərdə saxlanılıb və piyadalar üçün hər gün hərəkət etmək problemi yaranır. Məhz 1 il 3 ay bundan əvvəl Radio “Marneuli” bu mövzu ilə bağlı sujet hazırladmışdı. Sujetdə o zaman iqtisadi inkişaf və munisipal əmlak idarəsi xidmətinin rəhbəri, Tariel Musayev park etmə probleminin həllindən danışırdı və qeyd edirdi ki, bələdiyyə mütəxəssislərin dəvət olunmasını, park etmə və nəqliyyatın hərəkəti ilə bağlı məsələlərin həllini planlaşdırır. Bugün isə iqtisadi inkişafın planlaşdırılması və statistika şöbəsinin yeni sədri, Davit Xarşiladzenin dediyinə görə, bu məsələ ilə bağlı bələdiyyədə heç bir dəyişiklik həyata keçirilməyib.

“Bu mərhələdə seçgi prosesine qoşulmuşam. Mənə elə gəlir ki, seçgilərdən sonra hərşeyi öyrənəcəksiniz. Tezliklə təzə merimiz olacaq ve onun isə bunlarla əlaqədar öz fərqli baxışları var. Bu mövzuya gəlincə isə onu müzakirəyə çixaraq və öz həllini tapar”.

Problem hələ də həll olunmayıb. Əhalini isə səkidə saxlanılan maşınlar narahat edir.

Davit Xarşiladzedən həmçinin, keçən il park etmə problemi ilə bağlı eksperti niyə dəvət etmədikləri haqda da soruşduq və o, cavab verdi ki, bu məsələ ilə bağlı onun məlumatı yoxdur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register