“Eyni məsələ üçün dövlət iki dəfə məbləğ ayırır və bu qanuna ziddir” – Mariko Kobaxidze

cv

 Marneuli Bələdiyyəsinin xüsusi proqramı var və bu proqrama əsasən fiziki imkanları məhdud olan şəxslərə əlil arabası verilir. Əlil arabasından istifadə edən şəxslər icra hakimiyyətinə ərizə ilə müraciət edə bilər və nəticədə dövlət büdcəsindən ayrılmış vəsaitlərlə, bələdiyyənin adı ilə, həmin şəxsə əlil arabası verirlər. Həmin funksiyanı daha bir dövlət orqanı, Səhiyyə və Sosial Təminat Nazirliyi də yerinə yetirir. Hər il dövlət proqramə təyin edir və proqramda fiziki imkanları məhdud olan şəxslərin ehtiyacları nəzərə alınır. Uşaq və Gənclərin Milli Mərkəzinin mütəxəssisi, Mariko Kobaxidzenin sözlərinə görə, qeyd olunan hərəkət qanuna ziddir.

“Bildiyimizə görə, yerli büdcənin bir hissəsi mərkzəi büdcədən ayrılır. Yerli büdcədən də bu məsələyə maliyyə ayıranda nəticədə çıxır ki, eyni məsələyə dövlət iki dəfə maliyyə ayırır. Bundan dolayı bu hərəkət qanuna ziddir”.

Bələdiyyə fiziki imkanları məhdud olan şəxslərə yalnız bu qaydada deyil həmçinin, maddi yardım da göstərir. Bu haqda Marneuli Bələdiyyəsinin səhiyyə və sosial təminat şöbəsinin rəhbəri Davit Areşidze danışdı.

“Yardım 100 lariyə qədər olur. Fiziki imkanları məhdud olan şəxslər üçün ildə birdəfəlik 100 lari yardımımız var.  Eyni zamanda həmin şəxslər həmişə güzəştlərdən istifadə edirlər”.

Qeyd olunan yardımı fiziki imkanları məhdud olan şəxslərin aktivisti, Koba Nadiradze yumor hissi ilə qiymətləndirir.

“Bu maddi yardımlar araşdırmalara əsaslanmır. Hərdən buna yumorla da yanaşıram. 3 dekabr və 14 iyun tarixində fiziki imkanları məhdud olan şəxslər günü qeyd olunur. Qayda olaraq həmin maddi yardımı o ərəfədə verirlər. Bu biraz gülməlidir çünki bu şəxslərin yalnız belə simvolik günlərdə dəstəyə ehtiyacı olmur”.

Eləcə də Koba Nadiradzenin sözlərinə görə, yaxşı olardı ki, fiziki imkanları məhdud olan şəxslərin özləri üstünlüklərin və ehtiyacların müəyyənləşdirilməsinə qoşulsunlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register