Zərərverici həşəratlar Marneulidə

7

Üfunətli Asiya böcəyi Artıq Marneulidə də bir neçə yerdə qeydə alınıb. Bu barədə rəsmi orqanlarda hələlik məlumat yoxdur, lakin Qərbi Gürcüstanda mövcud olan vəziyyətdən sonra süjet hazırlamaq qərarına gəldik, Məlumat üçün deyək ki, üfunətli Asiya böcəyi demək olar ki, hər növ kənd təsərrüfatı məhsullarına – meyvələrə, tərəvəzlərə və dənli bitkilərə zərər vurur. Onlardan hər biri 20 000 qədər yumurta qoya bilir ki bu da onların sürətlə çoxalması riskini kifayət qədər çoxaldır və onlarla mübarizəni çətinləşdirir.

Üfunətli Asiya böcəyi Marneulidə də yayıla bilər. Birillik və çoxillik kənd təsərrüfatı məhsullarını məhv edən bu həşəratlar əhalinin əsas gəlir mənbəyinin kənd təsərrüfatı məhsulları olan yerlərdə qeydə alınıb. Marneuli sakini Nona Samxaradze Marneuli hərbi şəhərciyində yerləşən evdə yaşayır. O, bu böcəkləri tez-tez gördüyünü bildirir.

Üfunətli böcəyi Tamarisidə Mariam Samxaradze də görüb. İşdən evə qayıdarkən evin kandarında bir neçə həşərat görüb. Biz müsahibə almaq üçün onunla telefon əlaqəsi yaradarkən o, həşəratla qarşılaşdı.

Mariam və Nona üfunətli böcəklə necə mübarizə aparacaqlarını bilmirlər. Əlaqə saxladığımız fermerlərdə də bu barədə heç bir məlumat yoxdur. Beka Davadzenin bildirdiyinə görə, üfunətli Asiya böcəyi hələlik onların sahəsində qeydə alınmayıb, ancaq həşəratın aşkarlanması halında öz sahəsini necə qoruyacağını bilmir.

Marneuli bələdiyyəsinin üfunətli böcəklə mübarizə planı hələlik yoxdur. Mətbuat xidmətinin məlumatına görə, icra hakimiyyətində həşəratın Marneuli bələdiyyəsində aşkarlanması barədə məlumat yoxdur. Milli Ərzaq Agentliyinin mətbuat xidmətinin rəhbəri Tea Şvelidze bildirdi ki, onlara həşəratın Marneulidə yayılması barədə heç bir məlumat daxil olmayıb.

Milli Ərzaq Agentliyinin veb-səhifəsində Üfunətli Asiya böcəyi ilə necə mübarizə aparılması barədə hər cür məlumat ala bilərsiniz, çünki qış dövründə bu həşərat qapalı yerlərə keçir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register