Yaşıl kartın doldurulması asanlaşdırılıb

amerika

 Yaşıl kart müsabiqəsi artıq başladı. Əhalinin öz taleyini sınamaq imkanı var. Yaşıl kart yəni “Green card”, ABŞ-ın immiqrasiya statusunu təsdiqləyən kartın qeyri-rəsmi adıdır. Qalib gələn şəxsin hüququ var ki, leqal olaraq Amerika Birləşmiş Ştatlarında çalışsın və yaşasın. Oyunda iştirak etmək isə çox asandır. Cəmiyyətdə fikir yaranıb ki, iştirak etmək pulludur.

Bir çox kompaniyalar bu xidməti pulla satır, ancaq bunları yoxlamaq üçün biz Amerika səfirliyinin əməkdaşı Dimitri Şadirişviri ilə əlaqə saxladıq. O, qeyd etdi ki, oyunda iştirak etmək tamamilə təmənnasızdır, bunun üçün yalnız bir rəsmi sayt mövcuddur www.dvlottery.state.gov. Onun sözlərinə görə, bu il yenilik faktı odur ki, ingilis dili əvəzinə iştirakçılar üçün mündəricat gürcü dilində verilib. Bu iştirak etməni asanlaşdıracaq.

“Tamamilə pulsuzdur, doldurulma qaydası da sadədir. Bu il daha bir yenilimiz var., saytmıza girib tanış ola bilərsiz. Gürcü dilində təlimat var, ingilis dilində də var. Doldurulması çox asandır”.

Tako Caparidze oyunu qələbə ilə başa vuran uğurlular arasındadır. Özünün dediyinə görə, heç vaxt heçnə qazanmayıb. O, ilk dəfə keçən il noyabr ayında applikasiya formasını doldurub və cavab gözlənilməz olub.

“Yadımdadır, hamıya bildirdim ki, qalib gəlmişəm. Amma 2 saat ayaq üstə dururdum. Sanki dərk etmirdim ki, həqiqətən mənəm. Yuxudan ayılanda həyat yoldaşımdan soruşurdum ki, həqiqətdimi, bəlkə yuxumda görmüşəm, inanmırdım. Hamımız çox sevincli idik”.

Takonun lazımi sənədləri hazırdır və söhbət prosesinin gözləntisindədir.Bunun nəticəsində o, yaşamaq üçün ailəsi ilə birgə Amerikaya səyahət edəcək.

Yaşıl kartın oynanması ildə bir dəfə elan olunur. Bu il isə 3 oktyabrda başlayıb və 7 noyabrda başa çatacaq.
Formada özünüz haqda əsas göstəriciləri qeyd edirsiniz: Ad, Soyad, doğum tarixi və yeri, ünvan və telefon nömrəsi, evlisiniz ya yox və hansı növ təhsiliniz var. Eləcə də fotoşəkil vacibdir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register