“STYX” kompaniyası istehsalçılara yeni imkanlar yaradır

4

Bu gün, 12 oktyabr tarixində Marneuli Bələdiyyəsinin icra hakimiyyəti binasında “Stiqsi” kompaniyasının nümayəndələri Kvemo Kartli bölgəsinin kiçik və orta biznes istehsalçıları ilə görüşdülər. Onlar istifadəçilərə kompaniyanın  təklif etdiyi üstünlük və imkanlarla tanış etdilər.

“Stiqsi” kompaniyasının direktoru, Laşa Qorqoşidze qeyd edir ki, layihəni tanıtmağa Marneulidən başlayıblar. Onun sözlərinə görə məqsədləri göndərmə kompaniyalarının işinin çox, qiymətinin az olmasıdır. Bu bir dəfəyə ikiqat effekt yaradır və biznesi inkişaf etdirir.

“Əsas ideya odur ki, Marneuli Bələdiyyəsinin istehsalçılarına bir çox beynəlxalq və yerli nəqliyyat sifarişi əlçatan olacaq. Çox yüksək dəyərli sifarişlər verə biləcəklər”.

İstehsalçıların görüşdə gələcəkdə səmərəli şəkildə istifadə edə biləcəkləri “Stiqsi” kompaniyasının təklifləri ilə tanış olmaq imkanları var idi. İstahsalçılardan müsahibə almaqda çətinlik çəkdik, onlar müsahibə vermək istəmədilər. Ancaq biz iştirakçılardan biri, Bolnisi sakini Manana Caparidze ilə söhbət etdik. O, görüşü vacib olaraq dəyərləndirdi.

“Bu gün bizə göndərmə kompaniyalarından biri çox yaxşı təklif etdi. Həm zaman həmdə enerjiyə qənaət edə biləcəyik. Onlar bizə təklif etdilər ki evdən çıxmadan məhsulumuzun harada olduğunu, lazım olan yerə gedib çatıb çatmadığını kontrol edək. Hər şeyi online rejimdə edək. Düşünürəm ki, bu kompaniya ilə əməkdaşlıq edəcəm”.

“Stiqsi” kompaniyası sifariş verənləri və göndərənləri hər sifarişdə ödədikləri minimal komission əvəzinə, bir-biri ilə mobil applikasiya və veb-səhifə vasitəsilə əlaqələndirəcək. Layihənin məqsədi Gürcüstan locistika və nəqliyyat potensialının realizə olunmasıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register