Marneulinin yerli özünüidarəetməsi qanunu pozur

bagi_24b55

Marneuli bələdiyyəsində 13 uşaq bağçası var. Bu məktəbəqədər tədris mərkəzləri hüquqi mərkəz statusu daşımırlar və Marneuli uşaq-bağçalarının birliyində birləşirlər. “Erkən və məktəbəqədər tədris və təhsil haqqında” qanuna əsasən 2018-ci ilin sonuna qədər məktəbəqədər tədris mərkəzlərinə avtorizasiya verilməlidir.

Bu isə uşaq bağçalarının statusunu və onların səmərəli çalışmasını tənzimləyəcək. Ancaq, Gürcüstan Parlamenti avtorizasiya və uşaq bağçalarının standartları qaydasını 2017-ci ilin 1 oktyabrında qəbul etmədi. Buna baxmayaraq yerli özünüidarəetmə qanuna əsasən munisipal səviyyədə bağçaların çalışmasına dəstək olacaq iki əsas məsələni 2017-ci ilin 11 oktyabrına qədər təsdiqləməli idi. Bunlar hansı məsələlərdir, bu haqda beynəlxalq təşkilat “Kivitas Georgia”nın məktəbəqədər tədris məsələləri üzrə çalışan ekspert Aleksandre Kalandadze ilə 12 oktyabr tarixində söhbət etdik.

“ Yerli özünüidarənin hüququ var ki, uşaq bağçalarının direktorlarının kvalifikasiya tələblərinin çərçivəsini qəbul etsin. Hətta dünən qəbul etməli idilər. Keçən ilin 31 dekabrına qədər sərəncam qəbul etməli idilər. Yerli özünüidarəetmə bu 13 bağçada neçə qrup olduğunu, hər qrupda neçə uşaq var öyrənməli idi. Əgər hər qrupda 25 uşaq varsa o zaman plan təşkil olunmalı idi ki, 2020-ci ildə qrupda 25 uşaq olması üçün nə edəcəklər”.

Biz çalışdıq ki, Marneulinin yerli özünüidarəetməsində Marneulinin uşaq bağçalarının avtorizasiyası, planı və direktorların kvalifikasiya tələblərinin işlənilməsinin kimin öhdəliyi oladuğunu araşdıraq. 12 oktyabr tarixində bütün gün ərzində Marneuli bələdiyyəsinin birləşmiş uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmov bizim telefonlarımıza cavab vermirdi. Radio “Marneuli” Marneuli bələdiyyəsinin hüquq xidməti ilə əlaqə saxladı. Hüquqi məsələlər və insan resurslarının idarəsi şöbəsinin rəhbəri Cemal Dekanoidzenin sözlərinə görə, Marneuli bələdiyyəsinin digər bələdiyyələr kimi uşaq bağçalarının avtorizasiyası üşün hələ zamanı var. Ancaq direktorlarının kvalifikasiyas tələblərinin təyin olunması üçün qanunu pozurlar.

“ 1 oktyabra qədər bu stnadratları qəbul etməli idik. İşlənilib sadəcə sakrebuloya keçirilməsi çatdırılmadı. Bu günlərdə olacaq. Sakrebuloya göndərilmə ona görə gecikdi ki, işlənilmə mərhələsində idi. Ətraflı gözdən keçirib edirik ki, hansısa detal yadımızdan çıxmasın.Özümüzdən yeni velosiped uydurmayaq”.

Cemal Dekanoidze Marneuli bələdiyyəsinin uşaq bağçaları planının olub olmamasını bilmirdi. Qanuna əsasən həmin plan 2016-cı ilin 31 dekabrına qədər işlənməli idi. O, bizi Marneuli birləşmiş uşaq bağçalarının sədri Zaur Kərəmova istiqamətləndirdi. Ancaq qeyd etdiyimiz kimi gün ərzində o, bizim telefonlarımıza cavab vermirdi.

“Naniko bu detalı dəqiq bilmirəm indi nə haqqında danışırsan”.

Marneuli Bələdiyyəsinin veb səhifəsində yaxın gələcəkdə sakrebulo iclasının nə zaman olacağı haqqında məlumat qoyulmayıb. Ancaq bələdiyyə yeni velosiped uyduracaqmı buna məhz bu iclasda qərar veriləcək.

“Marneuli” Radio

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register