Böcəkdir, amma Asiya böcəyi deyil

7

Məlum olub ki, Marneulidə yayılan, Qərbi Gürcüstanda yayılmış Asiya böcəyinə bənzəyən həşərat həmin böcəklər qrupunun başqa nümayəndəsidir və Gürcüstan üçün endemikdir. Başqa adla tanınan həşəratın fotosunu Radio “Marneuli”nin rəsmi Facebook səhifəsində, əhali 11 oktyabrda efirə çıxan sujetdən sonra bizə göndərib.

Milli Ərzaq Agentliyin, Bitkilərin Mühafizə Departamentinin sədri, Nikoloz Mesxinin sözlərinə görə Marneulidə yayılan həşərat əhali üçün zərərverici deyil çünki onun sayı azdır.

“Bu yayılan böcək Asiya böcəyi deyil. Bu yalnız Marneulidə aşkarlanmayıb, eləcə də Gürcüstan miqyasında 30 müxtəlif növləri aşkarlanıb. Böyük təhlükə daşımırlar onların ölkədə təbii tənzimləyicisi var. Bizim üçün Asiya böcəyi problemlidir. Ona qarşı tədbirlər görülməsə onun populyarlaşması tez artacaq”.

Aqrar Universitetin alimi və Endomologiya İnstitutunun rəhbərinin sözlərinə görə, böcək məhsulun yetişdiyi dövrdə həddindən çox yayıla bilər. Xüsusən isə yaz dövründə onlar yeni nəsil verirlər.

“Başlanğıcda tədbir tökülüb çalışmaq lazımdır. Sonra nəsil artıqda artıq gec olacaq və təhlükə yaranacaq. Məsələn Qərbi Gürcüstanda nəsil verdikdən sonra başladılar tədbir tökməyə. Artıq gec idi və heç bir nəticə vermədi”.

Endomologiya İnstitutunun rəhbəri eləcə də qeyd edir ki, Marneulidə yayılan həşərat, ev şəraitində heç bir zərər vermir. Onun toxunuşundan sonra yaranan üfunətli qoxu isə əhalidə narahatçılıq yarada bilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register