Gürcüstanın Energetika nazirinin keçmiş müavini Mariam Valişvili “Socar”ın əməkdaşı olub

DSC_0068-e1486026422235

Gürcüstanın Energetika nazirinin keçmiş müavini Mariam Valişvili “Socar Energo Georgia”-nın baş direktorunun müşaviri olaraq təyin olunub. Onun sözlərinə görə, nazirlikdə heç kimlə narazılığı olmayıb və öz şəxsi istəyi ilə çalışmaq üçün özəl sektora keçib.

“Nazirlikdən getməyimin səbəbi  odur ki, uzun illərdir Eneregtika nazirliyində çalışıram. 8 oktyabrda artıq 9 il tamam olur. Düşünürəm ki, artıq özəl sektora keçmək zamanı idi. Əlbəttə, başqa bir kompaniyadan da təklif var idi. Düşünürəm mənim kapitalım, təcrübə və resursum bu halda, təklif və işdən dolayı, ən optimal olaraq “Socar”da realizə olunardı”, – bildirir “Netgazetiyə” Mariam Valişvili.

“Socar”da onun əmək müqaviləsi neçə illikdir sualına, Energetika Nazirinin keçmiş müavini cavab verir ki, müqaviləsi yoxdur, çünki güman ki, daimi ştatdan söhbət gedir. Mariam Valişvili kompaniyada artıq bir neçə gündür çalışır.

Mariam Valişvili 2008-ci ildən 2017-ci ilin 4 oktyabr tarixinə qədər Energetika və Təbii Resurslar Nazirliyində nazir müavini vəzifəsində çalışıb. Nazirliyə gedənə qədər o, energetika kompaniyalarında, həmçinin, “Telas” və “Neft və  Qaz Korporasiyası”-da çalışıb. Mariam Valişvili eləcə də “Yüzilliklərin Çağırış Fondu”da və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinfə (USAiD) eneregtika layihələri istiqamətində çalışıb.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register