40-a qədər turist yalnız İmirin qazılmış təpəsinə baxmaq üçün gəlib

imiris gora

   Dünyadakı ən qədim üzüm çəyirdəklərinin tapıldığı İmir kəndindəkiu qazıntılar aparılan təpə möhürlənib və müvafiq olaraq orada işlər davam etdirilmir. Hər il may ayında Toronto Universitetinin araşdırma layihəsi çərçivəsində İmirin qazıntılar aparılan təpəsində arxeoloji araşdırmalar aparılır. İşlər tamamlandıqdan sonra isə sadə qaydada möhürlənir və yeni işlərin aparılması üçün bir il gözləyir.

Toronto Universiteti ilə birgə həmin yerdə yerli özünüidarəetmə orqanı da çalışır. Marneuli bələdiyyəsinin icra hakimiyyətinin mədəniyyət şöbəsinin nümayəndəsi Elquca Kupatadzenin dediyinə görə, həmin yerdə artıq daşqın təhlükəsinin qarşısını almaq üçün sahil bərkitmə işləri aparılıb.

“Cümə günü infrastruktur xidməti ilə birgə ora getdik. Zərər dəyməməsi üçün hasara alınması layihəsini planlaşdırdıq. Paralel olaraq abidənin üstünün örtülməsi konsepsiyası üzərində də çalışırıq”.

Elquca Kupatadze onu da bildirdi ki, abidə ətrafında infrastrukturun inkişaf etməməsinə baxmayaraq,Ş turistlər yenə də gəlirlər. Yerli özünüidarəetmə orqanının məlumatına görə 30-40 nəfər turist İmirdə qazıntı aparılan təpəni görmək üçün gəlib.

“Marenuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register