1 nömrəli məktəbin şagirləri yeni tədris ilini yeni məktəbdə başlayacaq

marneuli 1 sayli ictimi mektebi

Marneulinin bir saylı azərbaycan dilli məktəbi illər ərzində qəzalı vəziyyətdə idi. Bir ildən çoxdur ki, məktəbin şagirdləri Marneulinin səkkiz saylı ictimai məktəbinə sığınıblar.

Məktəb direktoru Ketevan Merabişvili deyir ki, 1930-cu ildən sonra məktəbdə heç bir təmir işləri aparılmayıb. O, qeyd edir ki, orada təhsil almaq mümkün deyilmiş.

“Vəziyyət o yerdə idi ki, sinif otaqlarında dərs keçmək mümkünsüz idi. Tavandan su tökülürdü”.

Ketevan Merabişvilinin sözlərinə görə, onlar Gürcüstanın Elm və Təhsil Nazirliyinə 3,4 il bundan əvvəl müraciət ediblər. Onların dəstəyi ilə bu il məktəbin tikintisi planlaşdırılır. Məlumatı Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov da təsdiqlədi.

“Bizdə olan məlumata görə tender də qalib gələn firma tərəfindən yaxın günlər ərzində məktəbin yeni binasının tikintisinə başlanacaqdır”.

Marneulinin bir saylı azərbaycan dilli məktəbinin direktorunun sözlərinə görə məktəbin tikinti müqavilənin rəsmiləşdirilməsindən 9 ay müddətində başa çatacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register