Seçki məntəqələrinin çoxu fiziki imkanları məhdud olan şəxslər üçün adaptə olunmayıb

shshm

Marneuli Bələdiyyəsində 89 seçki məntəqəsi 21 oktyabrda seçicilər üçün açılacaq. 84 min seçici arasında fiziki imkanları məhdud olan şəxslər də var ki, onlar üçün yalnız 14 seçki məntəqəsi adaptə olunub.

22 saylı seçki komissiyasının sədri Koba Asanidzenin sözlərinə görə, Marneulinin seçki məntəqələrinə gedən fiziki imkanları məhdud olan şəxslərin sayı seçkidən sonra məlum olacaq. Ona qədər isə bu haqda məlumatı yoxdur.

“Bütün uyğunaşdırılmış məntəqələrdə fiziki imkanları məhdut seçicilər üçün kabinələr quraşdırılıb. Belə 10-12 məntəqə var”.

Qeyd olunan faktı “Müstəqil yaşa üçün” qeyri hökumət təşkilatının direktoru Qiorqi Dzenaledze diskriminasiya olaraq qiymətləndirdi.

“Bu ölkədə fərqli fiziki imkanlara malik şəxslərin olduğunu həmişə unudurlar. Bu diskriminasiyadır. Bu formal olaraq uyğunlaşdırılıb. Seçici çox vaxt kabinəyə gedə bilmir. Bu məntəqələrin uğunlaşdırılması MSK-ya aid deyil. Problem onun Seçilməsindədir”.

Marneuli Sosial Xidmət Agentliyindən qeyd etdiklərinə görə, bələdiyyədə 18 yaşdan yuxarı cəmi 2071 nəfər fiziki imkanları məhdud olan şəxs var. Ancaq nə bu müəssisədən nə də ki, Mərkəzi Seçki Komissiyasından məlumat vermirlər ki, onlardan neçəsi seçicidir. 89 məntəqədən 14 seçki məntəqəsi fiziki imkanları məhdud olan şəxs seçicilər üçün yetərli olacaqmı heç kim bilmir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register