“Gürcü Arzusu” seçicilərin ürəyini qanun pozuntusu bahasına qazanır

roia1

Bir neçə gündür ki, sosial şəbəkədə  Azərbaycanlı müğənni Röyanın Gürücstana gəlməsi ilə bağlı məlumat yayılır. Müğənni öz şəxsi rəsmi instagram səhifəsində bu haqda məlumat paylaşıb və yazır ki, Temur Abazova dəstək üçün 2 saatlıq konsert verəcək.

Röyanın gətirilməsi ideyasının kimə məxsus olduğunu öyrənmək üçün “Gürcü Arzusu”nun Marneuli qərargahının rəhbəri Ruslan Hacıyevlə əlaqə saxladıq. O, cavab verdi ki, müğənni öz istəyi ilə gəlir ətraflı məlumat üçün isə partiyanın mərkəzi ofisinə zəng vurmağımızı bildirdi.

“Ümumiyyətlə heçnə bilmirəm. Röya gəlir və konsert olacaq. Başqa dəqiq heçnə bilmirəm”.

Onun sözlərinə əsaslandıq və mərkəzi ofisə zəng vurduq. Ofistə müğənninin gəlməsi ilə bağlı məlumatları yox idi.

Yekun cavab almaq üçün “Gürcü Arzusu”nun Marneuli merliyinə namizəd Temur Abazovla əlaqə saxladıq. O, vaxtının olmaması səbəbindən həmin an cavab verə bilmədi, ancaq, bir neçə dəqiqədən sonra özü bizimlə əlaqə saxladı və dedi ki, müğənni onların sifarişi ilə gəlir.

“Bizim sifarişimizlə gəlir. Çox məşhurdu. Onu hamı dinləyir, sevir və baxırlar”.

Gürcüstan seçki məcəlləsinə əsasən namizədin seçilməsinə dəstək və ya mane olan hər bir hərəkət təşviqat hesab olunur. Beynəlxalq Şəffaflıq Gürcüstanın rəhbər hüquqşünası, Qiqi Çixladze deyir ki, bu növ hərəkətlər qanuna ziddir.

“İki saatlıq konsert, üstəlik instagramda açıq dəstkləmə haqqında  yayımlamalar bunlar hamısı təşviqat olaraq qiymətləndirilməlidir. Bu halda xarici ölkə vətəndaşı tərəfindən təşviqat hesab olunur və bu qanunla qadağandır”.

Radio Marneuli qeyd olunan məsələni MSK-nın necə qiymətləndirməsi ilə maraqlandı. MSK-nın mətbuat katibinin Ana Mikeladzenin sözlərinə görə, qanunu pozan fakt baş verməlidir ki, onlar reaksiya göstərsinlər

“Onun hansısa namizədi dəstəkləməsi və ya qarşı çıxması hələ ki, fakt olaraq təsdiqlənməyib. Əgər geniş şəkildə bu baş verərsə Seçki Komissiyası tərəfindən Gürcüstan seçki məcəlləsinin pozulması olaraq müzakirə olunacaq və reaskiya göstəriləcək”.

Zaur Xəlilov illərdir ki, Kvemo Kartlidə etnik azlıqların inteqrasiyası məsələləri üzrə çalışır. O, “Gürcü Arzusu” partiyasının Azərbaycandan müğənni gətirməsini yaxşı qiymətləndirmir.

“Bu bir daha təsdiqləyir ki, reallıq bu deyil. Mədəni, siyasi və ya məlumat xarakterli də olsa başqa ölkəyə arxalanırsansa belədir. Niyə Azərbaycandan müğənni gətirirlər başqa ölkədən gətirəydilər. Məsələn Makedoniyada yaşayan müğənnini gətirib türklər üçün təşviqat aparaydılar”.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register