Marneulidə “siz bu gün həyat xilas etdiniz” aksiyası keçirildi
Bu gün, 17 oktyabr tarixində Marneuli Bələdiyyəsinin icra hakimiyyətində təmənnasız qan donorları aksiyası baş tutur.
Aksiya “Siz bu gün həyat xilas etdiniz” adlanır. Aksiyada icra hakimiyyəti əməkdaşları iştirak ediblər. Transfiziologiya İnstitutunun qan bankının meneceri, Tamar Dolaberidze deyir ki, bununla qan köçürülməsinin həyati əhəmiyyəti olan xəstələrə yardım edirlər.
“Yetərli dərəcədə aktivlik var. Marneulidə həmişə aktivlik var, çalışırlar ki, başqasının həyatını xilas etsinlər və bu çox yaxşı işdir. Bunun üçün hər bir iştirakçıya təşəkkür edirik”.
Qan Bankı artıq üçüncü dəfədir ki, Marneulidə aksiya keçirir. Aksiya günün sonuna qədər davam edəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments