“Real olaraq heç bir partiya qadın seçicilərlə işləmir” – Olqa Endeladze
Bu gün, 18 oktyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində seçkiqabağı müzakirə baş tutdu. Müzakirənin mövzusu qadın rolu və yerli özünüidarəetmənin işlərinə qoşulması idi.
Tədbirin fasilitatoru, Olqa Endeladze görüşün əsas məqsədi haqqında danışdı.
“Bizim monitorinqin ilkin nəticələrindən göründüyü kimi heç bir partiya qadın seçicilərlə işləmir”.
Müzakirədə yalnız “Davit Tarxan-Mouravi, İrma İnaşvili – Gürcüstan vətənpərvərlər Alyansı” partiyasının nümayəndələri iştirak etdilər. Partiyanın majoritar namizədi Amalia Urumovanın sözlərinə görə, görüşdə müzakirə olunan problem Marneuli sakinləri üçün aktualdır.
“Həqiqətən Marnuli cəmiyyətində çoxlu problemlər var və bu görüşdə aktual problemlərdən söhbət açıldı. Hansı partiyanın bu problemləri necə həll edəcəyini dinlədik”.
Görüş qeyri-hökumət təşkilatı “Marneuli Demokrat Qadınlar İttifaqı” və seçki Media Mərkəzinin təşkilatçılığı ilə keçirildi.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments