Əlilliyi olan şəxslər siyasi subyektləri öz problemləri ilə tanış etdilər

shshm

Seçki Media Mərkəzi çərçivəsində bu gün, 18 oktyabrda Marneuli Məşğulluq Mərkəzində fiziki imkanlatı məhdud olan şəxslərlə götüş keçirildi. Marneulinin merliyinə namizədlər və siyasi subeyktlərə, Gürcüstan kar-lallar birliyinin Marneuli filialının nümayəbdələrinə öz problemlərini bildirdilər.

Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze görüşdə müzakirə olunan problemlər haqqında danışdı.

“Proqramla tanış olduqdan sonra məhdud imkanlı şəxslər . Təhsil ehtiyacı, yerlərdə lal-karlar üçün məktəbin olmaması, işlə təmin olunma, sosial güzəştlər, nəqliyyat güzəştləri, elektrik enerjisi üçün vauçer kimi problemləri haqqında danışdılar”.

Görüşdə üç partiyanın nümayəndəsi “Quruculuq hərəkatı”nın merliyə namizədi, “Tarxan Mouravi-İrma İnaşvili Gürcüstan vətənpərvərlər Alyansı” partiyasının majoritar namizədi və siyasi blok “Demokrstik hərəkat – azad Gürcüstan”ın Marneulidəki neümayəndəsi iştirak edirdi. “Quruculuq hərəkatı” partiyasının Marneulidən merliyə namizədi Leyla Məmmədovanın sözlərinə görə o fiziki imkanları məhdud olan şəxslərin problemləri ilə yaxşı tanışdı.

“Əgər mən rayon rəhbəri seçilərsəm, mütləq bu məsələlərə çox böyük diqqət ayıracam. Biz onlar üçün nəqliyyatdan güzəştl istifadə imkanı, onlara hansısa yardım edəcək sosial proqramlar misal üçün işlə təmin olunma imkanı yarada bilərik, yəni biz iş sahiblərində məhdud imkanlı şəxslərə iş vermələri üçün stimul yarada bilərik”.

2017 ci ilin yerli özünüidarəetmə seçkilərinə üç gün qalır. Matneuli rayonunda merlik uğrunda 8 namizəd mübarizə aparacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register