Qış Marneuli sakini Lida nənəni qorxudur

lida bebo

Qoca Lida nənə üzündə həyəcanlı ifadə ilə yoldan keçənlərdən kömək istəyirdi. Onun elektrik enerjisinin xərcləri ödənməli idi, biz onunla söhbət etdik, o bizimlə ehtiyaclarını bölüşdü.

O, Marneulidə icarəyə götürdüyü evdə yaşayır, aldığı sosial yardımı kəsiblər, indi isə yalnız 180 larinin ümidinə qalıb. Bu məbləğ isə yalnız dərmanlarına kifayət edir, qışın gəlməsindən çox qorxur, necə qızınacağını bilmir.

“Səhər çox soyuq idi yataqdan dura bilmədim. Özüm xəstə qadınam, kirayə qalıram. Qaz sobasını qurmağa qorxuram, məbləğ çox yazır”.

Qışın gəlməsi Lida nənə kimi digər yerli əhalini də qorxudur.

Lida nənə yerli bələdiyyədən pulsuz odun alacaqların siyahısına düşə bilmir, Bələdiyyəni PiaR və informasiya şöbəsinin rəhbəri Mariam Çxaidzenin dediyinə görə, odunla yalnız aztəminatlı ailələr təmin olunur. Bu mərhələdə onların 170 kub metr odunu ehtiyatı var ki bu da 80-ə qədər aztəmminatlı ailə üçün nəzərdə tutulub.

“Bələdiyyə tərəfindən matiral vətəndaşların ərizə ilə müraciəti nəticəsində verilir. Ən aşağı reting balına əsasən veririk. Bu proses davamlıdır. Bələdiyyə tərəfindən oxşar tədbirlərin keçirilməsi davam edəcək”.

Mariam Çxaidzenin dediyinə görə, təbii qazı olmayan yüksək dağlıq yerlərin əhalisinə gəlincə, orada əhalinin odun almasına meşə departamenti vauçerlər vasitəsilə icazə verir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register