Azərbaycanlı müğənni “Gürcü Arzusu”nun namizədinə inanır
Bu gün, 18 oktyabr tarixində, Azərbaycanın müstəqillik günündə, “Gürcü Arzusu” partiyası Marneuilili seçicilər üçün Azərbaycandan müğənni gətirdi.
Yerli özünüidarəetmə binası qarşısında Röyanın seçkiqabağı konserti bir saat gec başladı. Xüsusi olaraq qurulmuş səhnədə “Gürcü Arzusu”nun Marneulidən merliyə namizədinin seçkiqabağı klipinin və seçki nömrəsinin fonunda tədbir davam edirdi. Konsertin aparıcıları Temur Abazova dəstək olacaq şüarlar səsləndirirdilər.
Konsertə gedənlərin çoxusu bizimlə söhbət zamanı qeyd edirdilər ki, Temur Abazovu dəstəkləyirlər və təsbirə də məhz buna görə gediblər. Yerlilər onu da qeyd etdilər ki, Azərbaycanlı müğənni Röyanı Azərbaycan dövləti Abazova dəstək üçün Bakıdan göndərib.
Konsertdə əhalinin toplaşmasını idarəçi partiya müxtəlif vasitələrlə həyata keçirib. Yerlilər marşrut taksiləri ilə kəndlərdən gəldilər.
Onların koordinasiyasını isə mülki geyimdə olan polislər edirdilər. Merliyə namizəd Temur Abazovun və siyahıda bir nömrə olan Amiran Qiorqadzenin ailəsi ilə tanışlıq xüsusi olaraq qurulmuş səhnənin arxasında baş tutdu. Onlarla birgə Gürcüstanda SOCAr-ın rəhbəri Mahir Məmmədov da var idi.
Konsert yarım saat ərzində azərbaycan dilində davam edirdi. Dövlət dili Marneulili deputatların səhnəyə çıxmasından sonra səsləndi.
“Sizi salamlayıram sevimli Marneulillər. Təşəkkür edirəm ki, bu qədər adam bu gün buraya “Gürcü Arzusuna” və Temur Abazova dəstək olmaq üçün toplaşıbsınız”.
Temur Abazov yerlilərə müraciət etdi və seçkidə ona dəstək olmalarını xahiş etdi. Namizəd Marneulinin siyasi tarixində fərqlilik etdi və seçicilərlə öz ailəsini ictimai şəkildə tanış etdi.
“Bu gün bu səhnədə mənim ailə üzvlərim də var. Necə ki, öz ailəm həyatımda yer tutur sizi də məhz elə sevəcəm”.
“Gürcü Arzusu”nun namizədi səhnədə olarkən aparıcılar Azərbaycanlı müğənnini davət etdilər. Röya Ayxan Temur Abazova uğurlar arzuladı, onun uşaqlarının başını sığalladı və Gürcü Arzusunun seçki nömrəsi fonunda musiqiyə başladı.
Gürcüstan seçki məcəlləsinin 46-cı maddəsinə əsasən xarici ölkənin vətəndaşını təşviqata qoşmaq qadağan olunur. Gürcü Arzusunun Marneulidən merliyə namizədi Temur Abazov isə qeyd olunan faktı qanun pozuntusu hesab etmir.
“Qanun nə mənim nə də Gürcü Arzusunun tərəfindən pozulmayıb. Gürcü Arzusu qanunu pozmur. Müvafiq olaraq bu gündə qanun pozulmadı”.
Yerli özünüidarəetmə seçkilərinə üç gün qalıb. İdarəçi komandadnın qanunu pozması faktını Gürcüstan Gənc Hüquqşünaslar Asossiasiyası araşdırır. Beynəlxalq Şəffaflıq Gürcüstan isə bu faktı artıq qanun pozuntusu olaraq qiymətləndirir.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments