Qadın seçicilərin iştirakı olmadan keçirilən yekun görüşlər

EVROPULI

Seçkilərə iki gün qalmış “Avropalı Gürcüstan” seçkiqabağı kampaniya çərçivəsində yekun görüş keçirdi. Marneulidən merliyə namizəd Əhməd İmamquliyevlə birgə Marneulili seçicilərlə Qiqi Uqulava, Qiqa Bokeria və Davit Bakradze də görüşdülər.

“Avropalı Gürcüstan”ın lideri Davit Bakradzenin sözlərinə görə, ikinci tur zamanı seçicilərin alınması cəhdi daha yüksəkdir, ona görə də onlar birinci turdan qalib gəlməyə hazırlaşırlar.

” “Avropalı Gürcüstan” Marneulidə merlik uğrunda mübarizə aparır. Keçən seçkilərdə iki dəfə qalib gəlmiş namizədimiz var. Nəticələrəi saxtalaşdırmışdılar. Ona görə də biz əlbəttə qələbə üçün mübarizə aparacağıq. Bu yalnız Əhməd İmamquliyevin deyil bütün rayonun qələbəsi olmalıdır”.

“Avropalı Gürcüstan”ın Marneulidən namizədi olan Əhməd İmamquliyevin birinci turdan qalib gəlmək ümidi var. O, bizimlə söhbət zamanı idarəçi partiya tərəfindən qanun pozuntusu faktına da toxundu .

“Biz təzyiq altında yaşamaq istəmirik. Biz Azad Gürcüstanda yaşamaq istəyirik. Biz mütləq qalib gələcəyik. Dünən də gördük ki, “Gürcü Arzusu” həmişə olduğu kimi yenə qanunsuz hərkətlər etdi. qanunu pozaraq Azərbaycandan Gürcüstan vətəndaşı olmayan müğənni gətirdilər”.

“Avropalı Gürcüstan” partiyasının yekun görüşünə gedənlərin çoxusu kişi idi və onlar qeyd edirlər ki, partiyanı dəstəkləməyə gediblər.

“Bugün buraya Əhməd üçün gəlmişik. Düşünürəm ki, Əhməd olsa yaxşı olacaq”.

“Biz Əhmədə səs veririk”.

“Avropalı Gürcüstan” partiyası yekun görüşü ilə bərabər Marneulinin Mədəniyyət Evində “Gürcü Arzusunun” yekun görüşü də baş tutdu. Baxmayaraq ki, görüş başlayana qədər qeyd olunan fakt haqqında radio marneulinin məlumatı yox idi sonradan öyrəndik ki, görüşdə “Gürcü Arzusu” tərəfindən keçirilən görüşdə Kvemo Kartli qubernatoru, onun müavini, parlamentdə Marneulidən olan deputatlar öz aktivistləri ilə görüşüblər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register