Marneulinin icra başçısı bir il ərzində 5 bina, 4 avtomobil qarajı və kommersial sahə alıb
Vəzifəsini 2 ay bundan əvvəl tərk edən, Marneulinin keçmiş icra başçısı Merab Topçişvili son bir il ərzində Tbilisidə yerləşən 5 yaşayış binası, 4 avto qaraj və 1 kommersial sahə alıb. Bunların hamısına isə 177 388 ABŞ dolları ödəyib.
Merab Topçişvili Marneulinin icra başçısı olaraq 2014-cü ilin yerli özünüidarəetmə seçkiləri nəticəsində seçildi. O, həmin vəzifədən 2017-ci ilin 14 Avqust tarixində şəxsi ərizəsi əsasında istefa edib.
Rəsmi məlumata əsasən Merab Topçişvili son bir il ərzində Tbilisi şəhərində yerləşən 0 daşınmaz əmlak əldə edib. Onların ümumi dəyəri isə 177 388 ABŞ dolları təşkil edir. Xüsusən:
2016-cı ilin 12 noyabr tarixində – Diğomda, Mirian Şah küçəsində yerləşən 144 kv.m., dəyəri 50 300 ABŞ dollarında olan kommersial sahə əldə edib və həmin ildə 8 il müddətinə kirayə verib.
2017-ci ilin 7 mart tarixində – həmin küçədə, №102-də yerləşən 5 tikinti mərhələsində olan yaşayış evi əldə edib, ümumi sahəsi 378 kv.m-dir, dəyəri isə 124 488 ABŞ dolları;
2017-ci ilin 7 mart tarixində – həmin ünvanda yerləşən 4 tikinti mərhələsində olan avto qaraj və onun əldə olunmasına 3600 ABŞ dolları ödəyib.
Eləcə də, İctimai Reestrin göstəricilərinə əsasən, 2015-ci ildə Merab Topçişvili ümumi dəyəri 51 100 ABŞ dolları təşkil edən, dəyişmə formasında Kazbekidə, Daba Qudauridə yerləşən 781 kv.m qeyri-kənd təsərrüfatı olan iki torpaq sahəsi əldə edib.
2015-ci ilin avqust ayında Marneulinin icra başçısının həyat yoldaşı Tamar Burduli 3 illik kreditlə dövlət nömrəli bu333rd, „Toiota Prado“ modelinin yeni avtomobilini alıb. Avtomobilin ümumi dəyəri 79 506 larini təşkil edir.
Keçmiş icra başçısının sonuncu əmlak bəyənatında qeyd olunub ki, o, eləcə də nəğd pulla 30 000 ABŞ dolları dəyərində məbləğə malikdir.
Merab Topçişvili icra başçısı vəzifəsində çalışan dövrdə maaş şəklində 2016-cı ildə 39 750 lari (Buradan, 7950 lari mükafat(premya), 2015-ci ildə isə 50 350 lari (bunun 18 550 lari mükafat) alıb. Həmin dövrdə Tamar Burdulinin gəliri yalnız biznesdən 3500 dollar imiş.
Xatırladaq ki, Merab Topçişvili Marneulidə “Gürcü Arzusu” koalisiyasından təqdim olunan icra başçılığına namizəd idi, 2014-cü ilin yerli özünüidarəetmə seçkilərindən bir neçə gün əvvəl, partiyanın bildirişi ilə şəxsi namizədliyini geri çəkib. Ancaq, bir halda ki, namizədliyi geri çəkmək müddəti artıq başa çatmışdı, onun soyadı seçki bülletenində yenə də qaldı. Keçirilən seçkilər nəticəsində o, səslərin 51,08 %-ni qazanıb və bunun nəticəsində icra başçısı vəzifəsini tutub.
Mənbə: reginfo.ge
Amil Məmmədov2286 Posts
0 Comments