Qızılhacılı kəndində silahlı insident baş verib

Qızılhacılı kəndində “Gürcü Arzusu” partiyasının seçki qərargahı ərazisində şəxsiyyəti məlum olmayan şəxs avtomat silahdan atəş açaraq 4 nəfəri yaralayıb. O cümlədən, “Gürcü Arzusu”nun majoritar namizədi Ceyhun Çovdarov da yaralananalar arasındadır.
Gürcüstan Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi üzrə cinayət işi açılıb.
Gürcüstan daxili işlər naziri Qiorqi Mğebrişvili də hadisə yerinə gedib və istintaqın gedişi ilə tanış olub.
Səhiyyə naziri Davit Sergeenko Qızılhacılıda baş vermiş hadisə nəticəsində yaralanmış şəxslərlə bağlı məlumat verib.
Onun dediyinə görə, yaralılar əməliyyat olunub və davamlı müalicə almalıdırlar.
“İki əməliyyat başa çatıb. Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır olaraq dəyərləndirilir. Həmin klinikaya yerləşdirilmiş digər iki nəfər isə yüngül yara alıblar. Onlara artıq lazımi yardım göstərilib. Əməliyyatı başa çatmış iki yaralıya gəlincə, onlar davamlı müalicə almalıdırlar”. – deyə Sergeenko bildirib.
marneulifm1106 Posts
0 Comments