ABŞ-ın Gürcüstandakı səfiri Qızılhacılıda baş verən hadisəyə rəy bildirib

IMG_7955

“Demokratik mühitdə zorakılıq olmamalıdır, xüsusilə seçkilər dövründə”, – bu bəyənatı dünən nəticədə bir neçə nəfərin yaralandığı, Marneulidə baş verən hadisə ilə bağlı ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli verib.

“Bu dəhşətli hadisədir. Biz prosesləri monitorinq edəcəyik. DİN-lə sıx əlaqəmiz var. Seçkilərə gəldikdə isə, düşünürəm ki, atmosfer çox yaxşıdır. Seçkilərin demokratik mühitdə keçirilməsi hər bir vətəndaşın marağındadır. Təəssüf edicidir ki, zorakılıq baş verib”, – deyə səfir bildirib.

Qızılhacılı kəndində “Gürcü Arzusu”nun ofisinə hücum edilib. Bu haqda məlumatı “netgazeti”yə partiyadan təsdiqləyiblər. “Gürcü Arzusu”dan bildirirlər ki, hadisə nəticəsində dörd nəfər yaralanıb.

Yaralananlar arasında “Gürcü Arzusu”nun Marneulidən majoritarlığa namizədi Ceyhun Çovdarov da var. “Gürcü Arzusu”nun mətbuat xidmətindən bildirirlər ki, yaralananlar xəstəxanaya yerləşdirilib. Gürcüstan cinayət məcəlləsinin 117-ci maddəsi ilə istintaq başlayıb. Maddə qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutur. Gürcüstanın Daxili İşlər Naziri Qiorqi Mğebrişvili Marneuliyə səfər edib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register