Bu məsələni yaralanan şəxslərdən birinin namizəd statusu olmasına görə siyasiləşdirə bilmərik – Tea Tsulukiani Qızılhacılı hadisəsinə dair rəy bildirib

cms-image-000051006

 “İndiki mərhələdə heç bir versiyadan söhbət açmaq olmaz, çünki istintaq davam edir”, – Bu bəyənatı Ədliyyə Naziri Tea Tsulukiani Marneulidə baş verən hadisə ilə bağlı bildirib

“Bu məsələni yaralanan şəxslərdən birinin namizəd statusu olmasına görə siyasiləşdirə bilmərik. Biz düşünürük ki, bu mövzunu seçkilər və siyasətlə əlaqələndirmədən müşahidə etməliyik və istintaqın nəticələrini gözləyək”, – deyir Tea Tsulukiani.

“Konkret olaraq hadisə zamanı nə baş verib hələ məlumatım yoxdur. Çox təəssüfedicidir ki, Gürcüstanda baş verən hadisələr seçkiqabağı dövrdə baş verir. Milli Hərəkatın hakimiyyətə gəlməsindən və məhz Marneulidə daşların atılmasına qədər və.s. Təəssüf ki, bu siyasi qüvvə rahatlıq tapmır və hər bir hadisədə onların əli var. Kortsxelini, Marneulini, Ukraynada baş verənləri xatırlayın. Həmişə bir tərəfdə Milli Hərəkat və ya onların hansısa qanadı var”, – deyə “Gürcü Arzusu”nun deputatı Zaza Xutsişvili bildirib.

Qızılhacılı kəndində, “Gürcü Arzusu”nun ofisinə hücum olunub. Bu haqda məlumatı “netgazeti”yə partiyadan təsdiqləyiblər. “Gürcü Arzusu”dan bildirirlər ki, hadisə nəticəsində dörd nəfər yaralanıb.

Yaralananlar arasında “Gürcü Arzusu”nun Marneulidən majoritarlığa namizədi Ceyhun Çovdarov da var. “Gürcü Arzusu”nun mətbuat xidmətindən bildirirlər ki, yaralananlar xəstəxanaya yerləşdirilib. Gürcüstan cinayət məcəlləsinin 117-ci maddəsi ilə istintaq başlayıb. Maddə qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutur. Gürcüstanın Daxili İşlər Naziri Qiorqi Mğebrişvili Marneuliyə səfər edib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register