Seçkiqabağı dövrdə idarəçi partiyanın xeyrinə administrativ resurslardan istifadə faktları qeydə alınıb – Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Ana Natsvlişvili

saia

Seçkiqabağı dövrdə idarəçi partiyanın xeyrinə administrativ resurslardan istifadə faktları qeydə alınıb, – bu haqda Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Ana Natsvlişvili jurnalistlərlə seçkiqabağı mühitin qiymətləndirilməsinin ikinci orta hesabatının təqdimatı zamanı bildirib.

Onun məlumatına görə, 2017-ci ilin 1 avqustundan 15 oktyabra qədər olan dövrdə administrativ resurslardan istifadə olunamnın 9 faktı qeydə alınıb. Natsvlişvili qeyd edir ki, büdcə təşkilatlarında maliyyələşdirilmiş şəxslərin qrup olaraq mobilləşməsi sual işarələri yaradır.

“Yenidən büdcə təşkilatlarında işlə təmin olunan şəxslərin qrup olaraq mobilləşməsi və müxtəlif təsbirlərdə iştirakı qeydə alınırdı. Rəsmi olaraq deyilə bilər ki, bütün hallarda bu qanun pozuntusu deyildi. Amma həmişə şübhə yaranırdı ki, bu istiqamətlənmiş xarakter daşıyırdı və bu halda insanlar azad istəklərini bildirməyiblər, partiya tədbirlərində iştirak etmək onların istəyi deyilmiş. Ən səs-küylü və əhəmiyyətli fakt bağçaların məsələsi idi ki, onlar odarəçi partiyanın xeyrinə hansısa hərəkətləri həyata keçirmək istəyirdilər. Vacibdir ki, bütün faktlara bu mərhələdə reaksiya verisin və elə bir təəssürat qalmasın ki, pozuntular reaksiyadan kənar qalır”, – bildirib Ana Natsvilşvili.

Təşkilat tərəfindən təqdim olunan hesabatda deyilir ki, büdcə təşkilatlarında işlə təmin olunan şəxslərin (məktəblərin, uşa qbağçalarının, pedaqoqların, təşkilat əməkdaşlarının)qrup olaraq idarəçi partiyanın seçkiqabağı görüşlərində iştirakının yeri var imiş. Tədris proseslərinin siyasiləşdirilməsi risqləri yaradan hallar da qeydə alınıb.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register