Ceyhun Çovdarovun sağlamlıq vəziyyəti stabil ağırdır

yiz 1

“Gürcü Arzusu”nun Marneuli bələdiyyə məclisinə Qızılhacılıdan olan majoritar namizədi Ceyhun Çovdarovun vəziyyəti stabil ağır olaraq qalır. “Geo Hospitals” klinikasının direktoru Tata Şenqeliyanın sözlərinə görə, xəstəxanada olan dörd nəfərdən ikisinin vəziyyəti qənaətbəxşdir, onları yəqin ki, bu gün evə buraxacaqlar, ikisi isə hələ də reanimasiya şöbəsindədir.

“Dörd yaralı gətirdilər, onlardan ikisinin vəziyyəti qənaətbəxşdir, qarın nahiyəsindən güllə yarası almış digər iki yaralıya gəlincə isə, vəziyyətləri ağırdır, onlar süni tənəffüs aparatına bağlı olaraq reanimasiya şöbəsindədirlər”, – Tata Şenqeliya bildirib.

Majoritar namizəd Ceyhun Çovdarovla birlikdə xəstəxanada onun qayınatası Azad Çobanov və “Gürcü Arzusu”nun fəalları Vüqar Bayramov və Elmar Hüseynov da yerləşdiriblər. Dünən təxminən saat 11:20 radələrində Qızılhacılıdan “Geo Hospitals” klinikasın beş nəfər yaralı gətirilib. Onlardan biri, Anar Məmişov evə buraxılıb, dörd nəfər isə hələ də xəstəxanadadır. Yaralılardan biri Marneuli Bələdiyyə Məclisinin deputatı İsmayıl Bayramovun oğludur, onun dediyinə görə, Vüqar Bayramovun vəziyyəti qənaətbəxşdir.

“Bilmirəm kim niyə atəş açıb, dəli idi ya narkoman idi, oğlumun yanına girə bilmirəm, amma dediklərinə görə yaxşıdır” – deyə Ismayıl Bayramov bildirdi.

“Marneuli” radiosunun əməkdaşları Qızılhacılıda olub, hadisə ilə bağlı yerli əhali ilə görüşdü, lakin sakinlər hadisə ilə bağlı danışmaqdan imtina etdilər.

19 oktyabr tarixində, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində “Gürcü Arzusu”nun ştabına naməlum şəxslər tərəfindən hücum edilib və odlu silahdan atəş açılıb. Nəticədə beş nəfər yaralanıb və onlar Marneulidəki “Geo Hospitals” klinikasına yerləşdiriliblər. Gecə hadisə yerinə daxili işlər naziri Qiorqi Mğebrişvili və Gürcüstan Parlamentinin üzvü Arçil Talakvadze də gəliblər. “Geo Hospitals”ın ərazisinə “Gürcü Arzusu”nun tərəfdarları toplanıblar. Buraya patrul polisi səfərbər olunub.

Daxili işlər naziri Qiorqi Mğebrişvili hamını istintaq başa çatana qədər hansısa versiyalar yayımlamaqdan çəkinməyə çağırıb və faktı siyasi dəyərləndirməsinlər.

Marneulinin “Avropalı Gürcüstan” və “Milli Hərəkat” liderləri faktı “Gürcü Arzusu”da olan daxili qarşıdurmaya bağlayırlar.

Baş verən faktla əlaqədar Daxili İşlər Nazirliyində CM-nin 117-ci maddəsinə əsasən istintaq başlayıb. Maddə qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur.

yizilajlo yiz 7 yiz 7 yiz 6 yiz 5 yiz 3

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register