Seçkiqabağı yaradılan 2 media vasitə – 3000-dən çox müşahidəçi və partiyalarla əlaqə

IMG_8483

Gürcüstanın Mərkəzi Seçki Komissiyasında 2017-ci ilin 21 oktyabrında yerli özünüidarəetmə seçkilərini işıqlandırmaq üçün, ümumilikdə, 82 media təşkilatın müvafiq akreditasiyası var. Ancaq Netgazeti onlar arasında iki ay əvvəl təsis olunmuş iki təşkilat aşkarlayıb və ümumilikdə, 3138 nümayəndəyə jurnalist akreditasiyası istəyiblər. Gürcüstanda fəaliyyət göstərən üç böyük telekompaniyanın (İctimai Televiziya, Rustavi 2 və İmedi) ümumilikdə 536 jurnalisti akreditasiya keçib.

Netgazeti eləcə də aydınlaşdırıb ki, həmin iki təşkilatın təsisçiləri siyasi partiyalarla əlaqədə ola bilərlər.

S/C “News Space”, İctimai Reestrə əsasən, 2017-ci ilin 21 avqustda qeydiyyatdan keçib, onun direktoru və 100%-lik hissəsinin sahibi Tornike Diasamidzedir. Tornike Diasamidze “Avropalı Gürcüstan – azadlıq üçün hərəkat” partiyasının ictmaiyyətlə əlaqələr xidmətinin əməkdaşıdır.

“News Space” seçkilər üçün MSK-dan 1724 nümayəndəyə press akreditasiya alıb. Bu deməkdir ki, bu təşkilatın ən azı bu sayda jurnalisti olmalıdır.

Tornike Diasamidze Facebookda yaradılan newsspace.ge adlı səhifədə bizi qeyd edib. Səhifə 22 avqustda yaradılıb və bu günə qədər yalnız 1 paylaşım edilib. 10 oktyabrda, maraqlanan jurnalistləri seçkiləri işıqlandırmağa çağırırlar:

space

“Press media” 2017-ci ilin 1 sentyabrında ictimai reestrdə qeydiyyatdan keçib. Bu kompaniya MSK-dan 1459 nümayəndəyə jurnalistlər üçün akreditasiya alıb. Kompaniyanın 100%-lik hissəsinin sahibi və direktoru Gvantsa Beriaşvilidir.  Beriaşvilinin anası Zizi Sesitaşvili keçən, 2016-cı ilin seçkilərində MSk-da “Azad zona”nın müşahidəçisi olaraq qeydiyyatdan keçibmiş.

Gvantsa Beriaşvili “Netgazetlə” söhbət zamanı müxalifət partiyaları ilə hər hansı əlaqəsinin olmasına etiraz etdi.

“Mən özüm jurnalistika üzrə tələbə və gələcək jurnalistəm. Bütün həyatım boyunca seçkilərlər və ölkədə inkişaf edən hadisələrlə maraqlanmışam. Böyük istəyim var idi  ki, maksimum dərəcədə qoşulum, müşahidə edim və seçki prosesini ətraflı işıqlandırım. Kim tərəfindəndsə özəlləşdirilməmişəm və heç vaxta olmayacam. Anama gəldikdə isə, bu məlumatı sizdən indi öyrəndim. Həqiqtən bilmirəm hansı aktivlikləri olub, amma Azad zona ilə, şübhə edirəm ki, ümumiyyətlə hansısa əlaqəsi olsun”, – deir Netgazetiyə Beriaşvili.

O, təsdiq etdi ki, media vasitəsi – veb-səhifə, qazet, jurnal, televiziya, adio və ya Facebook səhifəsi yoxdur.

1459 nümayəndəni 1,5 ay bundan əvvəl yaranan təşkilat necə seçib? – bu suala Gvantsa Beriaşvili cavab verdi:

“Seçimə gəldikdə isə bildiyiniz kimi Gürcüstanda hər şey çox tez yayılır – tanışlar, dostları, yaxınlar, onların tanışları və.s.”

MSK-nın mətbuat spikeri, Ana Mikeladzenin izahatına görə, seçki məcəlləsinin 44-cü maddəsi mətbuat və kütləvi inforasiya vasitələrinin MSK-da akreditasiyasına aiddir. Onun dediyinə görə, MSK-ya media təşkilat rəhbərinin ərizəsi daxil olarsa, onunla yanaşı akreditasiya tələb olunan şəxslərin şəxsiyyət vəsiqəsinin nüsxələri olmalıdır. Qeydiyyatı isə komissiyanın katibi həyata keçirir.

Akreditasiya tələb edən media vasitəsinin həqiqətən mövcud olub olmaması necə yoxlamılır? – “Qanunvericilikdə konkret öhdəliklər yoxdur”, – Mikeladze izah edir.

Bu deməkdir ki, MSk yoxlama aparmır ki, media vasitə real olaraq var ya yox. Akreditasiya üçün təşkilatın ictimai reestrdə qeydiyyatda olması, təşkilatın ərizə verməsi və akreditasiya tələb olunan şəxslərin şəxiyyət vəsiqələrinin nüsxələrini təqdim etməsi yetərlidir.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register