Topçişvilinin sözlərinə görə mülkü mirasla alıb

merab 1

19 oktyabr tarixində “Reginfo” veb səhifəsində Marneuli bələdiyyəsinin keçmiş icra başçısı Merab Topçişvilinin daşınmaz əmlakı haqqında məlumat dərc olunub. Bu məlumatdan aydın olur ki, o, son bir il ərzində Tbilisidə beş mənzil, dörd avtodayanacaq və bir kommersiya sahəsi alıb ki, bunlar üçün də 177 388 ABŞ dolları ödəyib. Bu gün səhər saatlarında Merab Topçişvili “Marneuli” radiosuna zəng vuraraq bildirdi ki, mülkiyyətində olan torpaq sahəsi ona varisliklə keçib.

“Mənim gizlin heç nəyim yoxdur. Bu mənim ailəmin illər ərzində çəkdiyi zəhmətdir. Bəzisi reforma nəticəsində əldə olunub, bəzisi elə də var idi”.

O, Diğomi kəndindəki torpaq sahəsi barədə də danışdı və bildirdi ki, bir şirkət məhz onun mülkiyyətində olan torpaq sahəsində yaşayış binası tikib. Əvəzində isə ona müqavilə əsasında komerssiya sahəsi və mənzillər verilib. Onun Qudauridə də varisliklə almış olduğu iki qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var.

“Mən deklarasiyada qeyd etmişdim ki, aşağıda qeyd olunan ünvanda, Mirian Şah küçəsi 102-də olan sahələrin hamısı müqaviləyə əsasən verilib. Çünki alqı-satqı məbləği sıfır olaraq qeyd olunub. Orada konkret məbləğ ödənilməyib. Müqavilə bağlanan zaman orada müvafiq bazar qiyməti qeyd olunur. Bazar qiyməti qeyd olunursa bu demək deyil ki, məbləğ ödənib. Bu bazar qiymtəidir ki, sonradan realizə üçün vergilər ödənsin. Bu qanuna uyğundur”.

Merab Topçişvili mülkiyyəti haqqında yayılmış məlumatı qeyri-düzgün olaraq dəyərləndirdi, İnformasiya mərkəzləri şəbəkəsinin analitiki Qela Şaşiaşvili isə bildirdi ki, onlar tərəfindən yayımlanmış məlumat dəqiqdir, onun dediyinə görə, əgər torpaq sahəsini varisliklə alıbsa, bunu qeyd etməli idi.

“Alqı-satqı müqaviləsi ictimai reestrdə qeydiyyatdadı. alqı-satqının da qiyməti yazılıb. Öz cibindən çıxarıb verib yoxsa kiminləsə razılaşma edib onu biz deyə bilmərik. Biz aksenti müqavilədə yazılan məbləğə edirik. Ancaq orada girişdə ödəyib yazılıb. Əgər ödəməyibsə niyə yazıllıb. Sıfır gəlir yazılmayıb, ixrac yazılıb. Bəyyənamədə məbləğ ödənirsə yazılır ödənmirsə sıfır yazılır. Hədiyyə verilirsə və ya mirasdırsa yazılardı. Bəyənnamə olmasa da ictimai reestrdə sənəd açılırsa deməli alqı-satqıdır. Reestrdə hər iki tərəf imza atırsa deməli heç bir tərəfin etirazı yoxdur. Alan ev əldə edib satan isə məbləğ. Kimin nə ödədəyini reestr bilmir. Məbləğ yazılıb, yuxuda görməmişik ki. Əgər gəlir sıfır yazılsa bilərdik ki, ödəməyib. 5 evi ona heç kim hədiyyə etməyəcəkdi”.

“Reginfo”nun dərc etdiyi məlumatda keçmiş icra başçısının əməkhaqqı və mükafatları da qeyd olunmuşdu. O, icra hakimi vəzifəsində çalışdığı müddət ərzində 2016-cı ildə 39 750 lari alıb ki, bundan 7950 lari mükafat olub. 2015-ci ildə isə 50 350 lari alıb və 18 550 lari mükafatı olub.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register