Hansı seçki məntəqəsində səs verirsən?
Sənin seçki məntəqənin ünvanı
Öz seçki məntəqənizin ünvanını öyrənin
Bu gün, 21 oktyabr tarixində səhər saat 8-dən axşam saat 20:00-a qədər sizin 2017-ci ilin yerli özünüidarəetmə seçkilərində iştirak etmək və 8 namizəddən birini seçmək və ya bütün namizədləri dairəyə almaq imkanınız var.
Həmçinin, qanunverici orqanda-sakrebuloda partiya siyahısı ilə – 12 seçki subyekti seçə bilərsiniz.
Bilmirsiniz sizin seçki məntəqəniz haradadır?
Bu sayta daxil olun: http://voters.cec.gov.ge/
Şəxsi nömrənizi, soyadınızı daxil edin. Qeyd edin ki, robot deyilsiniz və sistem özü sizi qəbul edəcək. Ekranda səs vermək üçün getməli olduğunuz seçki məntəqəsinin ünvanı çıxacaq. Orada sistem bildirəcək ki, siz hansı məntəqədə səs verirsiniz. Əgər məntəqənin harada yerləşdiyinə şübhə edirsinizsə, xəritənin üzərində düyməni vurun və dəqiq biləcəksiniz ki, məntəqə harada yerləşir.
Seçkilərin gedişatı və nəticələr haqqında məlumatlara bizim saytımız vasitəsilə nəzər yetirin www.marneulifm.ge Yeni rejimdə və ya 96.9fm bütün Marneuli miqyasında.
- Əgər seçki məntəqəsində hansısa qayda pozuntusu görərsinizsə və ya hansısa hadisənin şahidi olarsınızsa bizə zəng vurun və ya foto, video və ya qısa məlumat göndərin:
email: marneulifm@gmail.com, Telefon:+995 557 994415
Facebookda bizə yazın: https://www.facebook.com/@marneulifm
marneulifm1106 Posts
0 Comments