“Hiss olunur ki, gərginlik yaranacaq” – Merliyə namizəd Vepxia Qurqenişvili

Seçki bloqu “Dimitri Lortqipanidze Kaxa Quqava Hərəkatı Azad Gürcüstan”ın namizədi Vepxia Qurqenişvili N66 saylı seçki dairəsində Marneulinin 4 saylı ictimai məktəbinin ərazisində öz seçimini edib.
Onun sözlərinə görə seçkilər sakit başlayıb və onun partiyasının heç bir nümayəndəsinə maneçilik yaranmayıb.
Ancaq Qurqenişvili deyir ki, gərginlik hiss olunur.
“Görək, gün ərzində hadisələr necə inkişaf edəcək. Hiss olunur ki, gərginlik yaranacaq. Ümid edirik ki, qalib gələcəyik” – bildirir Qurqenişvili.
O, deyir ki, ədalətə və Marneuli rayonunun inkişafına səs verib.
Radio “Marneuli”
marneulifm1106 Posts
0 Comments