Şərqi Avropada ərkən evliliyə əsasən Gürcüstan ikinci yerdədir
Son illər ərzində Gürcüstanda qızların erkən yaşda evlendirilməsi göstəricilərinə əsasən Şərqi Avropada ikinci yeri tutur. Bu göstəricilərdə Gürcüstandan əvvəl yalnız Moldoviya gedir. Statistikaya əsasən Gürcüstanda hər gün 12 yetkinlik yaşına çatmamış qız ailə qurur. Qeydiyyat olunan nigahların 24% məhz yetkinlik yaşına çatmayan cütlüklər arasında baş verir. Erkən yaşda ailə qurmaq ən çox Acarada və daha sonra Şida Kartlidə baş verir. Erkən yaşda ailə qurmanın təşəbbüskarları çox hallarda yetkinlik yaşına çatmayanların valideynləridir. Bəzi hallarda onlar qızları məcburi də evləndirirlər. Bu xüsusən milli azlıq nümayəndələrində çoxluq təşkil edir. Doğrudur qanunvericiliklə məcburiyyət cəzalandırılır, ancaq faktdır ki, oxşar hallar yenə də baş verir. Gələn il 18 yaşa qədər olan gənclərin nigah bağlaması yalnız məhkəmənin razılığı əsasında olacaq, 2017-ci ildən isə ümumiyyətlə 18 yaşa qədər olan şəxslərin evlənməsi qadağan olunacaq.
marneulifm1106 Posts
0 Comments