“Gürcü Arzusu”nun majoritar namizədini “Avropalı Gürcüstan”ın fəalını döyməkdə ittiham edirlər
“Avropalı Gürcüstan” partiyasının Marneuli meri vəzifəsinə namizədi Əhməd İmamquliyev 58 saylı məntəqəyə gedərkən bildirib ki, onların fəallarından birinə – Məhəmməd Hüseynova “Gürcü Arzusu”nun majoritar namizədi Mirkazım Yaqubov tərəfindən hücum olub və fiziki güc tətbiq olunub. Əhməd İmamquliyevlə birlikdə hadisə yerində “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri, Qiqa Bokeria da olub.
“Avropalı Gürcüstan” Partiyasının üzvlərinin 58 saylı məntəqəyə gəlməsindən sonra hadisə yerinə Kvemo Kartli qubernatorunun müavini Zaur Darğalı da gəlib. Seçki komissiyasının üzvləri ilə söhbətdən sonra o, bildirdi ki, döyülmə faktı ilə əlaqədar olaraq onda heç bir məlumatım yoxdur, lakin eyni zamanda bu faktı inkar etdi.
Sonra Gürcüstan p”arlamentinin “Gürcü Arzusu”ndan seçilmiş deputatları da həmin yerə gediblər. Eka Beselia və Tamaz Naveriani də döyülmə faktını inkar edib və ictimaiyyəti sakitliyə çağırıb.
Aşağı Saral kəndində 58 saylı seçki məntəqəsində hal hazırda sakitlikdir.
Bir neçə dəqiqə əvvəl Qiqa Bokeria, Əhmədi İmamquliyev və Məhəmməd Hüseynov yerli polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.
Gürcüstan Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə döyülmə faktına görə cinayət işi açılıb ki, bu da cərimə və ya 120-190 gün müddətinə ictimai faydalı əməklə və ya 15 aya qədər islah əmək və ya iki aya qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
marneulifm1106 Posts
0 Comments