İmamquliyev Beselianın “saxtalaşdırılmış müşahidəçilər” haqqında ittihamlarına etiraz edir

beselia

“Gürcü Arzusu”nun liderlərindən biri Eka Beselia “Avropalı Gürcüstan”ın nümayəndəsini saxtalaşdırma faktında günahlandırır. Parlament çoxluğunun lideri qeyd edir ki, Namiq Qocayev şəxsiyyət vəsiqəsi və beici ilə Marneulinin 55 saylı məntəqəsində müşahidəçi olaraq dururmuş, ancaq xüsusi proqramla beicin kodlarının yoxlanılması nəticəsində məlum oldu ki, bu şəxs başqa adamdır, vəsiqə konkret olaraq İntizar İbrahimov adlı şəxsə məxsusdur. Eka Beselia “Marneuli” radiosuna material verir və materialdan görünür ki, beicə əsasən bu şəxs məlumat agentliyi “Nyus Speys”in nümayəndəsidir.

Biz 55-ci  seçki məntəqəsində idik, komissiyanın sədri bizimlə söhbət zamanı bu faktı təsdiqləyib. Yerində xüsusi təşkilat nümayəndələri var idi, xüsusi proqramdan istifadə edərək vəsiqənin saxta olduğunu aşkarlayıblar.

Biz “Avropalı Gürcüstan”ın merliyə namizədi Əhməd İmamquliyevlə əlaqə saxladıq. O, təsdiqləyir ki, “Avropalı Gürcüstan”ın 55-ci məntəqədə nümayəndəsi  yalnız Rasim İsmayılovdur və partiyanın hansısa Namiq Qocayevlə və ya İntizar İbrahimovla əlaqəsi yoxdur.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register