1349 seçicidən yalnız 390 nəfəri iştirak edib
Marneuli şəhərində yerləşən 5 saylı seçki məntəqəsində səhər saat 8:00-da əhali səs verməyə başladı. 20:00-da məntəqə bağlandı və həmin vaxta olan məlumata görə, 5 saylı seçki məntəqəsində 390 nəfərə qədər seçici iştirak etmişdir. Məntəqədə isə qeydiyyatda olan seçicilərin ümumi sayı 1349 nəfərdir.
Həmin məntəqənin komisyyasının sədri Fərhad Qarabağlı “Marneuli” Radiosuna verdiyi məlumata görə seçki məntəqəsində heç bir qanun pozuntusu baş verməmişdir.
Siyasi partiyaların nümayəndələr bu xəbəri təstiqləyərək bildirdilər ki, seçkilər başlayandan bitənə qədər heç bir qanun pozuntusu baş verməyib.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments